DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan və Tacikistan sərhədlərin delimitasiyası barədə yekun qərar verəcək

© Sputnik / Игорь Егоров / Mediabanka keçidQırğızıstan hərbçiləri Tacikistanla sərhəddə, arxiv şəkli
Qırğızıstan hərbçiləri Tacikistanla sərhəddə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Oktyabrın 2-də Qırğızıstanın vilayət mərkəzində sərhədin delimitasiyası məsələsinə dair Qırğızıstan və Tacikistan nümayəndələrinin görüşü baş tutub.
BAKI, 3 oktyabr — Sputnik. Qırğızıstan və Tacikistan sərhədin ümumi hissəsinin delimitasiyası prosesini yaxın vaxtlarda başa çatdırmaq niyyətindədir. Bunu Qırğızıstan hökuməti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTX) rəhbəri Kamçıbek Taşiyev iki dövlətin hökumət nümayəndə heyətləri arasında aparılan danışıqları şərh edərkən deyib.
"Tezliklə biz bütün dövlət sərhədlərinin müəyyənləşdirilməsinin başa çatdırılması ilə bağlı yekun qərarı verəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, hökumət nümayəndə heyətlərinin görüşü zamanı tərəflərə bütün sərhəd məsələlərini həll etməyə imkan verəcək sənəd imzalanıb.
Oktyabrın 2-də Qırğızıstanın vilayət mərkəzində sərhədin delimitasiyası məsələsinə dair Qırğızıstan və Tacikistan nümayəndələrinin görüşü baş tutub. Danışıqlarda Qırğızıstan tərəfinə Taşiyev, Tacikistan tərəfinə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saimumin Yatimov rəhbərlik edib.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Hazırda sərhəd xəttinin təxminən üçdə ikisi müəyyən edilib və dövlətlər tərəfindən qarşılıqlı tanınıb, qalan hissələr mübahisəli hesab olunur. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbi qulluqçuları arasında silahdan istifadə ilə münaqişələrə səbəb olub. Sonuncu toqquşma 2022-ci ilin payızının əvvəlində baş verib, Qırğızıstan tərəfində toqquşmalar zamanı 60-dan çox insan həlak olub.
Xəbər lenti
0