https://sputnik.az/20231003/qarabagda-yayim-ucun-bir-tv-ve-bir-radioya-lisenziya-verilib-459249747.html
Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilib
Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilib
Sputnik Azərbaycan
Audiovizual Şuranın növbədənkənar iclasında qəbul edilən daha bir qərara görə, Azərbaycan Beynəlxalq Radiosuna və "Baku TV"-yə Qarabağda yayım üçün lisenziya... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T20:39+0400
2023-10-03T20:39+0400
2023-10-03T20:39+0400
pult
cəmiyyət
qarabağ
tv
azərbaycan televiziyası
lisenziya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691240_0:134:3167:1915_1920x0_80_0_0_3b4ff0c87711788728ed0f773ecee437.jpg
BAKI, 3 oktyabr — Sputnik. Audiovizual Şuranın növbədənkənar iclası keçirilib. Şuradan verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub. Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434691240_218:0:2949:2048_1920x0_80_0_0_38214ad96f9328804130d51d42951623.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pult, qarabağ, tv, azərbaycan televiziyası, lisenziya
pult, qarabağ, tv, azərbaycan televiziyası, lisenziya
Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilib
Audiovizual Şuranın növbədənkənar iclasında qəbul edilən daha bir qərara görə, Azərbaycan Beynəlxalq Radiosuna və "Baku TV"-yə Qarabağda yayım üçün lisenziya verilib.
BAKI, 3 oktyabr — Sputnik. Audiovizual Şuranın növbədənkənar iclası keçirilib. Şuradan verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün "Baku TV" MMC-nin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub.
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası "Baku TV" MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı "Baku TV"), "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı "Azərbaycan Beynəlxalq Radiosu") lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.