DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Almaniya kanslerini ölkəsinə dəvət etdi

© AP Photo / Petr David JosekOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Baş nazir birgə səylərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində iki ölkə xalqlarının rifahı naminə yeni uğurların əldə olunacağına ümidvar olduğunu bildirib.
BAKI, 3 oktyabr — Sputnik. Ermənistan Almaniya ilə siyasi dialoqun yüksək səviyyədə olmasına böyük əhəmiyyət verir və kansler Olaf Şoltsun regionda sülhün bərqərar olmasına yönəlmiş şəxsi töhfəsini yüksək qiymətləndirir. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının kansleri Olaf Şoltsa Almaniyanın milli bayramı - Alman Birliyi Günü münasibətilə təbrik məktubunda bildirib.
Paşinyan qeyd edib ki, Almaniya Ermənistanın etibarlı və sabit tərəfdaşlarından biridir, Ermənistanda demokratik və iqtisadi islahatların, eləcə də Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsinin fəal tərəfdarıdır.
O, bu il Ermənistan və Almaniya arasında dövlətlərarası əlaqələrin əhəmiyyətli dərəcədə intensivləşdiyini, yüksək səviyyədə qarşılıqlı səfərlərin baş tutduğunu vurğulayıb.
Baş nazir birgə səylərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində iki ölkə xalqlarının rifahı naminə yeni uğurların əldə olunacağına ümidvar olduğunu bildirib.
Paşinyan Şolsu Ermənistana da dəvət edib.
Xəbər lenti
0