SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məşhur Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib

© Photo : AZƏRTACMəşhur Məmmədov
Məşhur Məmmədov - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə, Məşhur Şahbaz oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edib.
BAKI, 3 oktyabr — Sputnik. Məşhur Şahbaz oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə, ordenlə təltif edilib.
Məşhur Məmmədov kimdir?
Məşhur Məmmədov 1963-cü il oktyabrın 4-də Masallı rayonunun Yeddioymaq kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Əməyin təşkili və normalaşdırılması fakültəsini bitirib.
1990–1996-cı illərdə Masallı rayonunda kooperativin sex rəisi olmuş, 1996– 1999-cu illərdə "Mədinə" mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə "EBME" şirkətinin direktoru, 2002–2009-cu illərdə "Embawood" MMC-nin direktoru, 2009–2011-ci illərdə "Embawood İnşaat" MMC-nin direktoru, 2011–2014-cü illərdə "Embawood" MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə "Progress Construction" MMC-nin direktoru vəzifələrində çalışıb. Hazırda Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, İntizam komissiyasının üzvüdür. Belarus, İordaniya, Moldova, Norveç, Polşa, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Eyni zamanda o, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Xəbər lenti
0