Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd dağılıb

© Sputnik / Ilham MustafayevAğstafa rayonu ərazisində Kür çayı üzərindən körpü
Ağstafa rayonu ərazisində Kür çayı üzərindən körpü - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Qısa müddətdə çayda suyun səviyyəsi 3 metrdən çox qalxdığından Kürün deltasında vurulan suaşıran bənd təzyiqə davam gətirməyərək uçub.
BAKI, 3 oktyabr - Sputnik. Kürlə dənizin qovuşduğu ərazidə vurulan suaşıran bənd dağılıb.
Son vaxtlar havaların qeyri-sabit keçməsi Kürün Neftçala rayonu ərazisindən keçən hissəsinə öz təsirini göstərib.
Belə ki, qısa müddətdə çayda suyun səviyyəsi 3 metrdən çox qalxdığından Kürün deltasında vurulan suaşıran bənd təzyiqə davam gətirməyərək uçub.
Artıq suaşıran bəndin 70 metrdən çox hissəsi yuyulub.
Kür birbaşa dənizə axdığından çayda suyun səviyyəsi sürətlə azalmaqda davam edir. Dəniz suyunun yenidən Kür çayına qarışmaq təhlükəsi yaranıb. Elə yerli sakinləri də narahat edən bu məsələdir (Report).
Qeyd edək ki, son iki-üç ildə Kürün səviyyəsi minimum həddən də aşağı olduğundan dəniz suyu çaya qarışırdı. İçməli su ilə yanaşı, əhali əkin sahələrini suvarmaqda çətinlik çəkirdi.
Çayın şoranlaşmasının qarşısını almaq məqsədi ilə Xəzər dənizi ilə Kür çayının birləşdiyi deltada uzunluğu 350 metr, eni isə 16 metr olan suaşıran bənd vuruldu. Bəndin tikintisi isə bu ilin yanvarında başa çatmışdı.
Xəbər lenti
0