https://sputnik.az/20231003/kreml-rusiya-ve-ktmt-ermenistanin-tehlukesizliyine-tam-zemanet-verir-459245577.html
Kreml: Putinin Yerevana səfərlərdən imtina etməsini istəməzdik
Kreml: Putinin Yerevana səfərlərdən imtina etməsini istəməzdik
Sputnik Azərbaycan
Kreml bəyan edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Roma Statutunun ratifikasiyasının zəruriliyini ölkəsinin təhlükəsizliyi ilə əsaslandırması... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T17:24+0400
2023-10-03T17:24+0400
2023-10-03T18:04+0400
kreml
rusiya
ktmt
ermənistan
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
roma statutu
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_0:161:3070:1888_1920x0_80_0_0_88bec4388580687f81983482c3ea2418.jpg
BAKI, 3 oktyabr — Sputnik. Moskva prezident Vladimir Putinin Ermənistana səfərdən imtina etməsini istəməzdi. Bu sözləri “Ermənistanın Roma Statutuna qoşulması Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərlərdən imtina etməsi deməkdirmi” sualına cavabında Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.“Əlbəttə, biz istəməzdik ki, prezident Ermənistana səfərdən imtina etsin. Ermənistan bizim müttəfiqimizdir, dost dövlətdir, tərəfdaşdır və əlbəttə ki, bizim qardaş erməni xalqı ilə çoxlu ümumi cəhətlərimiz var və onun bizi həmişə birləşdirəcəyinə şübhəmiz yoxdur” – Peskov əlavə edib. Peskov qeyd edib ki, KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığı Ermənistanın təhlükəsizliyinin təmin edilməsində tamamilə zəruridir. Bundan əvvəl Ermənistan parlamenti iclasında Beynəlxalq Cinayət Məcəlləsinin Roma Statutunu ratifikasiya edib. Sənəd parlament tərəfindən ratifikasiya edildikdən sonra ölkə prezidenti tərəfindən imzalanmalıdır və dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək. Kreml bəyan edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın BCM-in Roma Statutunun qəbul edilməsinin zəruriliyini ölkəsinin təhlükəsizliyi ilə əsaslandırması ilə razılaşmır. "Düşünürəm ki, Ermənistanda əksəriyyət anlayır ki, KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığı hazırda tamamilə əvəzolunmazdır. Rəsmi Moskva İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır. Ermənistanın bu vasitələrdən yaxşı heç nəyi yoxdur", - Peskov jurnalistlərə bildirib. O qeyd edib ki, ermənilərin də əksəriyyəti bunu dərk edir.
https://sputnik.az/20231003/ermenistan-parlamentinin-roma-statutunun-ratifikasiyasini-muzakire-etmek-huququ-yoxdur-459227961.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852646_170:0:2901:2048_1920x0_80_0_0_659386fda135e3a3b2c4bd3d3b6b059d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kreml, ktmt, ermənistan, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, roma statutu
kreml, ktmt, ermənistan, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, roma statutu
Kreml: Putinin Yerevana səfərlərdən imtina etməsini istəməzdik
17:24 03.10.2023 (Yenilənib: 18:04 03.10.2023) Kreml bəyan edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Roma Statutunun ratifikasiyasının zəruriliyini ölkəsinin təhlükəsizliyi ilə əsaslandırması ilə razılaşmır.
BAKI, 3 oktyabr — Sputnik. Moskva prezident Vladimir Putinin Ermənistana səfərdən imtina etməsini istəməzdi.
Bu sözləri “Ermənistanın Roma Statutuna qoşulması Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərlərdən imtina etməsi deməkdirmi” sualına cavabında Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz istəməzdik ki, prezident Ermənistana səfərdən imtina etsin. Ermənistan bizim müttəfiqimizdir, dost dövlətdir, tərəfdaşdır və əlbəttə ki, bizim qardaş erməni xalqı ilə çoxlu ümumi cəhətlərimiz var və onun bizi həmişə birləşdirəcəyinə şübhəmiz yoxdur” – Peskov əlavə edib.
Peskov qeyd edib ki, KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığı Ermənistanın təhlükəsizliyinin təmin edilməsində tamamilə zəruridir.
Bundan əvvəl Ermənistan parlamenti iclasında Beynəlxalq Cinayət Məcəlləsinin Roma Statutunu ratifikasiya edib. Sənəd parlament tərəfindən ratifikasiya edildikdən sonra ölkə prezidenti tərəfindən imzalanmalıdır və dövlətdaxili prosedurlar başa çatdıqdan 60 gün sonra qüvvəyə minəcək.
Kreml bəyan edib ki, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın BCM-in Roma Statutunun qəbul edilməsinin zəruriliyini ölkəsinin təhlükəsizliyi ilə əsaslandırması ilə razılaşmır.
"Düşünürəm ki, Ermənistanda əksəriyyət anlayır ki, KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığı hazırda tamamilə əvəzolunmazdır. Rəsmi Moskva İrəvanın ikitərəfli mexanizmlər və KTMT-ni tənqid etməsi ilə razılaşmır. Ermənistanın bu vasitələrdən yaxşı heç nəyi yoxdur", - Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, ermənilərin də əksəriyyəti bunu dərk edir.