SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİrəvana mənzərə, arxiv şəkli
İrəvana mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
"Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına ziddir.
BAKI, 3 oktyabr — Sputnik. Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub.
"Ermənistan" və "Mənim şərəfim" müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyiblər. Ermənistan parlamenti Roma Statutunu 60 səs lehinə, 22 əleyhinə olmaqla ratifikasiya edib. Bitərəf qalan olmayıb.
"Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına ziddir.
Səsvermə başlamazdan əvvəl “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, bu layihənin müzakirəsi belə Ermənistan Konstitusiyasına ziddir. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi Ermənistana heç bir fayda verə bilməz. Çünki BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən Rusiya, Çin və ABŞ bu məhkəməyə qoşulmayıb.
Ermənistan Respublikası Milli Assambleyasının deputatı Eduard Ağacanyan isə deyib ki, Ermənistanın Roma Statutunun ratifikasiya olunacağı təqdirdə Rusiyanın müəyyən addımlar atacağına inanmağa əsası yoxdur. Onun sözlərinə görə, bu addımın Ermənistanla Rusiya arasında ikitərəfli əməkdaşlığa heç bir aidiyyatı yoxdur və bu barədə Ermənistan rəsmiləri rusiyalı həmkarlarına məlumat veriblər. Eyni zamanda, Ermənistan tərəfi bununla bağlı bəyanatlar və daxil olan reaksiyalarla tanışdır.
"İrəvanın mövqeyi dəyişməz olaraq qalır, Ermənistan suveren dövlətdir və biz müstəsna olaraq ölkəmizin dövlət maraqlarını rəhbər tutmalıyıq", - Ağacanyan bildirib.
Jurnalistlər Rusiya Federasiyası tərəfindən müəyyən tədbirlər görülsə (qazın qiymətinin artırılması və bir sıra digərləri), İrəvanın nə edəcəyini soruşduqda Ağacanyan qeyd edib ki, hakimiyyət buna uyğun reaksiya verəcək.
O, həmçinin vurğulayıb ki, “Ermənistan Rusiyanın düşməni deyil”.
"Ermənistan parlamentinin Roma Statutunun ratifikasiyasını müzakirə etmək hüququ yoxdur"
Erməni müxalifəti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə parlamentində müzakirəsini və ratifikasiyasını konstitusiyaya zidd hesab edir. Bu barədə "İnterfaks" məlumat yayıb.

"Ermənistan parlamentinin konstitusiya islahatları aparılmadan Roma Statutunun ratifikasiyası məsələsini müzakirə etmək hüququ yoxdur. İclasın gündəliyinə daxil edilən bu məsələ konstitusiyaya ziddir", - müxalifət partiyasından olan deputat Artsvik Minasyan deyib.

Onun sözlərinə görə, bütün risklər üzrə dərin, balanslaşdırılmış müzakirələr lazımdır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiyası qəbuledilməzdir və ikitərəfli münasibətlər üçün mənfi nəticələr verəcək.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan erməni mətbuatına bildirib ki, İrəvan Ermənistanın Roma Statunun ratifikasiyasına dair məsələlərin həlli üçün ikitərəfli sazişin imzalanmasının mümkünlüyü barədə Moskva ilə təmasları davam etdirir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, İrəvan Roma Statutunu tam şəkildə ratifikasiya edəcək.
"Bunun Ermənistan və Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Bu, Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır" - Paşinyan bildirib.
Ermənistan Roma Statutunu 1998-ci ildə imzalayıb.
Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.
Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə qərar verib
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda bildirilib.
Qeyd olunub ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Lvova-Belovanın həbsinə order verib.
Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.
Əgər Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəlikləri tanısa, ora ayaq basdığı anda Rusiya prezidentini həbs etməlidir.
Xəbər lenti
0