Hərbi texnika və silahlar: Azərbaycan erməni birləşmələrindən ələ keçirdiklərini göstərdi
Hərbi texnika və silahlar: Azərbaycan erməni birləşmələrindən ələ keçirdiklərini göstərdi
Sputnik Azərbaycan
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 30-na olan hesabata görə, Qarabağdakı birləşmələr 2,6 minə yaxın atıcı silah, 220-dən çox DZRK və tank əleyhinə... 03.10.2023, Sputnik Azərbaycan
Azərbaycan Silahlı Qüvvələri Rusiyanın sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyət və sıx əməkdaşlıq şəraitində Qarabağ bölgəsindəki Ermənistan ordusunun silahlı birləşmələrinin tərksilah edilməsini davam etdirir. Hazırda külli miqdarda silah-sursat, eləcə də hərbi texnika ələ keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 30-na olan hesabata görə, Qarabağdakı birləşmələr 2,6 minə yaxın atıcı silah, 224 daşınan zenit raket kompleksləri (DZRK) və tank əleyhinə silah, 53 top və haubitsa, 63 minaatan, 22 ədəd zirehli texnika, 174 avtomobil, 2 milyondan çox silah-sursat təhvil verib. Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 30-na olan hesabata görə, Qarabağdakı birləşmələr 2,6 minə yaxın atıcı silah, 220-dən çox DZRK və tank əleyhinə silahlar, 50-dən çox top və haubitsa, 20 ədəddən çox zirehli texnika təhvil verib.
Azərbaycan Silahlı Qüvvələri Rusiyanın sülhməramlı kontingenti ilə qarşılıqlı fəaliyyət və sıx əməkdaşlıq şəraitində Qarabağ bölgəsindəki Ermənistan ordusunun silahlı birləşmələrinin tərksilah edilməsini davam etdirir.
Hazırda külli miqdarda silah-sursat, eləcə də hərbi texnika ələ keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 30-na olan hesabata görə, Qarabağdakı birləşmələr 2,6 minə yaxın atıcı silah, 224 daşınan zenit raket kompleksləri (DZRK) və tank əleyhinə silah, 53 top və haubitsa, 63 minaatan, 22 ədəd zirehli texnika, 174 avtomobil, 2 milyondan çox silah-sursat təhvil verib.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.