https://sputnik.az/20231003/genc-rejissorun-filmi-mdb-olkelerinin-en-yaxsi-bedii-film-nominasiyasinda-qalib-olub-459232677.html
Gənc rejissorun filmi MDB ölkələrinin "Ən yaxşı bədii film" nominasiyasında qalib olub
Gənc rejissorun filmi MDB ölkələrinin "Ən yaxşı bədii film" nominasiyasında qalib olub
Sputnik Azərbaycan
Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissor S.Ağayevin diplom işidir. 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T23:59+0400
2023-10-03T23:59+0400
2023-10-03T23:59+0400
mdb
mədəniyyət
film
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanlı rejissor Səməd Ağayevin "Salam İsa" adlı qısametrajlı filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) tərəfindən keçirilən "Восхождение" MDB ölkələrinin beynəlxalq tələbə film festivalında "Ən yaxşı bədii film" nominasiyasında qalib olub. Mükafatı dünyaşöhrətli rejissor Emir Kusturiça təqdim edib. Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissor S.Ağayevin diplom işidir. Dram və mistika janrında çəkilən filmin ssenarisi Xalq şairi Ramiz Rövşənin "Bir səhər yuxudan durub..." şeirindən ilhamlanaraq real hadisələr və yuxular əsasında yazılıb. Filmdə baş rolları Rafael Şahbəyli, Əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədov canlandırıb. Həmçinin, filmdə Əməkdar artist Gülər Nəbiyeva, Nicat Əsgərzadə, Sunay Həsən və Səid Məmmədov oynayır. Filmin baş prodüseri, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Ağayev, koprodüseri Murad Şükürlü, quruluşçu operatoru Orxan Məmmədov, bəstəkarı Vüqar Məmmədzadə, quruluşçu rəssamı Elturan Məmmədov, səs rejissoru Nadir Mahmudovdur. Qeyd edək ki, MDB ölkələrinin beynəlxalq tələbə film festivalının müsabiqəsində 43 film iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mdb, film
Gənc rejissorun filmi MDB ölkələrinin "Ən yaxşı bədii film" nominasiyasında qalib olub
Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissor S.Ağayevin diplom işidir.
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanlı rejissor Səməd Ağayevin "Salam İsa" adlı qısametrajlı filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) tərəfindən keçirilən "Восхождение" MDB ölkələrinin beynəlxalq tələbə film festivalında "Ən yaxşı bədii film" nominasiyasında qalib olub.
Mükafatı dünyaşöhrətli rejissor Emir Kusturiça təqdim edib.
Film Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasından bu il məzun olan rejissor S.Ağayevin diplom işidir.
Dram və mistika janrında çəkilən filmin ssenarisi Xalq şairi Ramiz Rövşənin "Bir səhər yuxudan durub..." şeirindən ilhamlanaraq real hadisələr və yuxular əsasında yazılıb.
Filmdə baş rolları Rafael Şahbəyli, Əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədov canlandırıb. Həmçinin, filmdə Əməkdar artist Gülər Nəbiyeva, Nicat Əsgərzadə, Sunay Həsən və Səid Məmmədov oynayır.
Filmin baş prodüseri, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Ağayev, koprodüseri Murad Şükürlü, quruluşçu operatoru Orxan Məmmədov, bəstəkarı Vüqar Məmmədzadə, quruluşçu rəssamı Elturan Məmmədov, səs rejissoru Nadir Mahmudovdur.
Qeyd edək ki, MDB ölkələrinin beynəlxalq tələbə film festivalının müsabiqəsində 43 film iştirak edib.