NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların güclənməsi nefti ucuzlaşdırır

© AP Photo / Matthew BrownNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Güclü dollarla birlikdə daha yüksək faiz dərəcələri də nefti digər valyutalar üçün bahalaşdırır və bu, neftə tələbatı azalda bilər.
BAKI, 3 oktyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır.
ABŞ dollarının güclənməsi və qarışıq təklif siqnalları neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. ABŞ-nin Federal Ehtiyat Sistemi faizləri uzun müddət yüksək saxlayacağı gözləntilərini artırdıqdan sonra ABŞ dolları əsas valyutalar qarşısında son 10 ayın ən yüksək səviyyəsinə yüksəlib. Güclü dollarla birlikdə daha yüksək faiz dərəcələri də nefti digər valyutalar üçün bahalaşdırır və bu, neftə tələbatı azalda bilər.
"Brent" nefti 99 sent azalaraq 89,72 dollar, ABŞ-nin Qərbi Texas nefti (WTI) 78 sent ucuzlaşaraq 88,04 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 2,34 dollar azalaraq 97,77 dollar təşkil edib.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu həftə keçirəcəyi toplantıda neft hasilatını aşağı səviyyələrdə saxlayacağı gözlənilir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Həm Beynəlxalq Enerji Agentliyi, həm də Neft İxrac Edən Ölkələr Təşkilatı ilin sonuna qədər davam edə biləcək tədarük kəsiri ilə bağlı narahatlıqlarını ifadə edib. Bu xəbərdarlıqlar neft qiymətlərinin son artımında mühüm rol oynayıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0