Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış və qəbul imtahanlarının məzmununu hazırlamaq üçün işçi qrupu yaradıldı

© AFP 2023 / FRED DUFOURİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib.
BAKI, 3 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzində (DIM) 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib.
Bu barədə mərkəzdən məlumat verilib. DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib. Gündəlik məsələ imtahan proqramları və imtahanların modelinə uyğun sınaq imtahanı variantlarının müzakirəsi olub. İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edib və fəaliyyətlərində uğurlar arzulayıb. A.Batıyeva qeyd edib ki, buraxılış və qəbul imtahanlarının proqramları və onlarla bağlı əlavə materiallar sentyabr ayında DİM-in saytında yerləşdirilib.
Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.
Daha sonra iclaslarda sınaq imtahanı variantlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
İşçi qruplarının növbəti iclası oktyabrın 9-da olacaq.
Xəbər lenti
0