https://sputnik.az/20231003/bu-il-minden-artiq-insan-avropadan-konullu-sekilde-azerbaycana-qayidib-459231546.html
Bu il mindən artıq insan Avropadan könüllü şəkildə Azərbaycana qayıdıb
Bu il mindən artıq insan Avropadan könüllü şəkildə Azərbaycana qayıdıb
Sputnik Azərbaycan
2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T14:20+0400
2023-10-03T14:20+0400
2023-10-03T14:20+0400
avropa
cəmiyyət
beynəlxalq miqrasiya təşkilatı
https://cdnn1.img.sputnik.az/img/42233/25/422332504_0:153:3099:1896_1920x0_80_0_0_8205564345e5487467c6003e5fd37f1f.jpg
BAKI, 3 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, bu ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib. BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir. Bu ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub. Bu ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib. Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirib, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb. Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar. 2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb. Hökumət və qeyri-hökumət qurumlarınan olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42233/25/422332504_183:0:2914:2048_1920x0_80_0_0_8ca36851d7d45d64444e79e5424254c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropa, beynəlxalq miqrasiya təşkilatı
avropa, beynəlxalq miqrasiya təşkilatı
Bu il mindən artıq insan Avropadan könüllü şəkildə Azərbaycana qayıdıb
2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.
BAKI, 3 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin ilk 9 ayı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 293 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərilib.
BMqT, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımlarının çatdırmasına davam edib. Bu dəstəyin əsas məqsədi könüllü qayıdan şəxslərin mənşə ölkəsində uğurlu reinteqrasiyası və aid olduqları cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmələrinin təminidir.
Bu ilin yanvar-sentyabr aylarında KQYR layihələri çərçivəsində ümumilikdə 1 367 Azərbaycan vətəndaşı könüllü olaraq Vətənə qayıdıb. Qayıdış ölkələri Moldova (1149 nəfər), Almaniya (170 nəfər), Niderland (24 nəfər), Avstriya (11 nəfər), hərəsindən 1 nəfər olmaqla Latviya, Gürcüstan, Belarus, Macarıstan, Polşa, Türkiyə və Rumıniya olub.
Bu ilin ilk 9 ayı ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi KQYR layihələri çərçivəsində ümumilikdə 293 könüllü geri dönən şəxsə nağd pul, qeyri-nağd şəkildə reinteqrasiya və tibbi yardım göstərib. Hesabat dövrü ərzində BMqT-nin Azərbaycan nümayəndəliyi 128 geri qayıdan şəxslə hərtərəfli fərdi məsləhətləşmələr keçirib, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib, 239 nəfər isə qeyri-nağd şəklində yardım alıb.
Qeyri-nağd şəkildə edilən yardım müvəqqəti mənzil təminatı, kiçik biznesə başlamaq üçün dəstək, ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyalarının alınması, eləcə də tibbi ehtiyaclarının ödənilməsi kimi dəstəyi əhatə edib.
BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru (məsələn, taksi xidməti), kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.
2018-ci ildən 2023-cü ilə qədər olan beş il ərzində ümumilikdə 4 794 nəfər uğurla Azərbaycana qaytarılıb və BMqT-nin icra etdiyi KQYR layihələri vasitəsilə 3135 Azərbaycan vətəndaşı reinteqrasiya dəstəyi alıb.
Hökumət və qeyri-hökumət qurumlarınan olan maraqlı tərəflər, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə BMqT KQYR proqramları üzrə təcrübə və əhatə dairəsini artıraraq, bir çox illər ərzində 1,6 milyondan çox insana effektiv köməklik göstərib.