CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda erməni dilini harada öyrənmək olar? Pulsuz kurslar varmış - Foto

© SputnikAzərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər
Azərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Erməni dilini öyrənmək istəyənlər Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinə müraciət edə bilərlər.
BAKI, 3 oktyabr — Sputnik. "Azərbaycanda erməni dilinin öyrənilməsinə böyük maraq var. Artıq dövlət orqanlarından, güc strukturlarından da bizdən erməni dilini bilən kadrlar tələb olunur".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.
İ.Tanrıverdi bildirib ki, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası, eləcə də gələcəkdə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışı zamanı erməni dilini bilmələri vacibdir.
Onun sözlərinə görə, Azərbaycanda erməni dilinin tədrisinə 2012-ci ildən başlanılıb.
"2012-ci ildə ermənilər Daşaltı əməliyyatının 20 illiyini qeyd edərkən, orada erməni general bildirdi ki, azərbaycanlıları öz dillərində aldadaraq qalib gəliblər. Bundan sonra tapşırıq verildi ki, Azərbaycanda da erməni dilinin tədrisinə başlanılsın. Bu dövrdə Azərbaycanda erməni dilini bilən mütəxəssislərin sayı çox az idi. Həmin vaxt telekanalların birində erməni dilini bilənlərlə bağlı müsabiqə keçirildi. Mən də bu müsabiqədə iştirak etdim. Çünki, özüm Qərbi Azərbaycanda komsomolda çalışdığım üçün erməni dilini öyrənmişdim. Bu müsabiqədən sonra Bakı Dövlət Universitetində erməni dilini bilən mütəxəssislər tələb olunduğundan, doğma universitetimdə işə başladım. Həmin vaxt universitetdə erməni dilini bilən iki nəfər idik".
Tanrıverdi qeyd edib ki, 44 günlük Vətən müharibəsində onların işi daha da artıb. Erməni əsirlərin istintaq prosesində dindirilməsində, eləcə də məhkəmələrində tərcüməçi kimi iştirak etməli olublar. Ona görə də müharibədən az sonra müstəqil mərkəz yaratmaq barədə qərar veriliblər.
"Erməni dilinin tərdisi üçün ayrıca otaqlar ayrıldı. O vaxt bizə erməni dilinin tədrisi üçün şərait yaradılsa da, bu dili bilən işçi tapmaq çətin idi. Ona görə də, mənim öz hazırladığım tələbələrdən bir neçəsi kənarda imtahan verməklə bizim Mərkəzdə işə başladı. Biz beləcə erməni dilinin tədrisinə başladıq" - deyə Mərkəz rəhbəri bildirib.
© SputnikBakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi
Erməni dili kursları niyə təxirə salınıb?
Tanrıverdi deyir ki, hazırda Bakı Dövlət Universitetinin başqa fakultələrindən də tələbələr Mərkəzə müraciət edərək erməni dilini öyrənirlər:
"Hazırda bizə 60 nəfərədək tələbə erməni dili kurslarında iştirak etmək üçün müraciət edib. Təəssüf ki, bizim mərkəzimin nəzdində kursların keçirilməsi təxirə salınıb. Bu, bizdən asılı məsələ deyil. Amma Elm və Təhsil Nazirliyindən də bu kursların fəaliyyətə başlaması üçün müraciət edilib".
Həmsöhbətimizin sözlərinə görə, bununla belə Tarix fakultəsinin tələbələri üçün erməni dilinin tədrisi həyata keçirilir. Hazırda universitetdə həm rus, həm də Azərbaycan bölməsində erməni dili tədris olunur. 70-ə yaxın tələbəyə erməni dili öyrədilir. Erməni dilini öyrənməyə maraq göstərənlərin çoxu isə qızlardır.
Tanrıverdi hazırda kursların ödənişsiz aparıldığını söyləyib. Bildirib ki, gələcəkdə kənardan erməni dilini öyrənmək üçün müraciət edənlərə kurslar ödənişli ola bilər.
Mərkəzin direktoru onu da qeyd edib ki, informasiya müharibəsində qalib gəlməyimiz üçün erməni dilini bilmək xüsusi rol oynayır. Onun sözlərinə görə, hazırda erməni dilini tədris edən müəllimlərin sayı az olsa da, gələcəkdə artırılacaq.
© SputnikAzərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər
Azərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Azərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər
Erməni dilində böyük dəyişikliklər edilib
Mütəxəssisin sözlərinə görə, hazırda onların təlim mərkəzində erməni dilini dörd müəllim tədris edir. Gələcəkdə onların sayı səkkiz nəfərədək artırılmalıdır.
Tanrıverdi qeyd edib ki, erməni dilində böyük dəyişikliklər aparılıb. Ona görə də, bu dili yeniliklərdən xəbəri olan müəllimlər tədris etməlidir:
"Erməni dilinin saflaşdırılması prosesi çox sürətli aparılır. Alınma sözləri dəyişərək erməni dilində icad edilmiş yeni sözlərlə əvəzlənir. Bu məqamlar erməni dilinin tədrisində diqqətdə saxlanılmalıdır".
Erməni dilinin Azərbaycanda tədris metodologiyasına gəlincə, İ.Tanrıverdi söyləyib ki, erməni dili kurslarında tələbələrə əvvəlcə əlifba öyrədilir. Sonra qrammatika tədris olunur.
"Bizim mərkəzdə əlifba dərsləri keçirilərkən hər hərfə aid 15-20 söz də öyrədilir. Əlifbanı başa vuran tələbənin erməni dilində 1500 söz ehtiyatı olur. Bundan sonra qrammatika öyrədilir" - deyə Mərkəz rəhbəri bildirib.
Erməni dilini neçə müddətə öyrənmək mümkündür?
Onun sözlərinə görə, altı ay təhsil, iki ay danışıq kursundan sonra tələbələr erməni dilində sərbəst danışa, tərcümələr edə bilirlər. Onlar erməni seriallarına baxmaqla, erməni məişətindən bəhs edən sənədli filmləri izləməklə dil biliklərini təkmilləşdirirlər. Beləcə, ən çətin tərcümələri tərcümə edə bilirlər.
Tanrıverdi onu da vurğulayıb ki, erməni dilinin heç bir dilə yaxınlığı yoxdur.
© SputnikAzərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər
Azərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər - Sputnik Azərbaycan, 1920, 28.09.2023
Azərbaycanda erməni dilini öyrənmək üçün dərsliklər
Ekspertin sözlərinə görə, Azərbaycanda erməni dilini peşəkar səviyyədə bilənlərin sayı elə çox deyil. Bilənlərin çoxu isə erməni dilində yeni sözlərdən xəbərsizdir.
Tanrıverdi erməni dilini öyrənmək istəyənlərin Erməni Araşdırmaları və Təlim Mərkəzinə müraciət etməsinin mümkün olduğunu söyləyib. Bildirib ki, hətta müəllim olmadan da erməni dilində çap edilmiş dərsliklərlə erməni dilini öyrənmək mümkündür. O, erməni dilində yazmağı öyrənmək üçün hüsnxət dəftərlərinin, dili öyrənmək üçün lüğətinin də çap olunduğunu söyləyib.
Erməni dili Azərbaycandakı hansı universitetlərdə tədris olunur?
Məlumat üçün bildirək ki, Azərbaycanda Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzindən başqa erməni dili Azərbaycan Dillər Universitetində də tədris olunur.
Azərbaycanda erməni dilinin tədrisi geniş vüsət almasa da, ermənilər sistemli şəkildə Azərbaycan dili və Türk dilinin öyrənilməsinə böyük əhəmiyyət verirlər.
Ermənistan Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, bu ölkədə 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili (Türkiyə türkcəsində), 4 məktəbdə isə Azərbaycan dili (Azərbaycan türkcəsində) tədris olunub. Bildirilib ki, 2022-2023-cü tədris ilində 33 ümumtəhsil müəssisəsində regional dillər öyrədilib: 13 məktəbdə fars, 12 məktəbdə türk, 4 məktəbdə Azərbaycan, 3 məktəbdə isə gürcü dili. Daha 400 məktəb regional (türk, Azərbaycan, gürcü və fars) dilləri tədris etmək istədiyini bildirib. Ermənistanda Azərbaycan dilinin tədrisinə təkcə orta məktəblərdə deyil, ali məktəblərdə də önəm verilir. İrəvan Dövlət Universitetində bununla bağlı ayrıca kafedra var.
Xəbər lenti
0