DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Baş Prokurorluq: Tehran səfirliyində terror aktı törədən şəxslə bağlı hökm çıxarılmayıb

© AP Photo / Vahid SalemiAzərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Azərbaycanın Baş Prokurorluğu ümid edir ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək.
BAKI, 3 oktyabr — Sputnik. "İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı yekun qərar çıxarmayıb".
Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb:
"Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.
Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.
Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir".
02.10.23, 11:20
Azərbaycan səfirliyinə hücum edən barədə ölüm hökmü verilib
İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.
Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.
Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.
Xəbər lenti
0