https://sputnik.az/20231003/azerbaycan-banklarinin-6-ay-vaxti-var-459176098.html
Azərbaycan banklarının 6 ay vaxtı var
Azərbaycan banklarının 6 ay vaxtı var
Sputnik Azərbaycan
Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T09:11+0400
2023-10-03T09:11+0400
2023-10-03T09:11+0400
bank
iqtisadiyyat
mərkəzi bank
azərbaycan mərkəzi bankı
amb
plan
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 3 oktyabr — Sputnik. Gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Banklarda Korporativ İdarəetmə Standartları"na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirlər. AMB-dən verilən məlumata görə, bundan başqa banklar hər üç aydan bir Standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər. "Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir. Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları" AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır", - AMB-dən bildirilib. Yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər "Banklarda korporativ idarəetmə Standartları", "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar" ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bank, mərkəzi bank, azərbaycan mərkəzi bankı, amb, plan
bank, mərkəzi bank, azərbaycan mərkəzi bankı, amb, plan
Azərbaycan banklarının 6 ay vaxtı var
Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır.
BAKI, 3 oktyabr — Sputnik. Gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Banklarda Korporativ İdarəetmə Standartları"na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirlər.
AMB-dən verilən məlumata görə, bundan başqa banklar hər üç aydan bir Standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər.
"Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir.
Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları" AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır", - AMB-dən bildirilib.
Yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər "Banklarda korporativ idarəetmə Standartları", "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar" ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib.