https://sputnik.az/20231002/xocali-rayonu-erazisinde-100-hektardan-artiq-narkotik-plantasiyasi-askarlanib-459197238.html
Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb
Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb
Sputnik Azərbaycan
Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T14:58+0400
2023-10-02T14:58+0400
2023-10-02T15:19+0400
xocalı
cəmiyyət
narkotik
elşad hacıyev
https://cdnn1.img.sputnik.az/img/42377/07/423770732_0:40:3073:1768_1920x0_80_0_0_cbfdb87f55cc5a0eea6719ee2868428b.jpg
BAKI, 2 oktyabr — Sputnik. "Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki, narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub". "Report"un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb: "Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Erməni hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42377/07/423770732_117:0:2848:2048_1920x0_80_0_0_75d1c2e8a939e078d10f9a79c7b044b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocalı, narkotik, elşad hacıyev
xocalı, narkotik, elşad hacıyev
Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb
14:58 02.10.2023 (Yenilənib: 15:19 02.10.2023) Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb.
BAKI, 2 oktyabr — Sputnik. "Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki, narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub".
"Report"un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb: "Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Erməni hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi".