SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tehran-Bakı münasibətləri normallaşır? - XİN rəsmisindən açıqlama

© AFP 2024Tehran
Tehran - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
İran XİN rəsmisi bildirib ki, Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı.
BAKI, 2 oktyabr — Sputnik. İran və Azərbaycan yanvarın 29-dakı hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Tehrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır.
Bbu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Şafi bildirib.
"Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir və hələlik dəqiq tarixi deyə bilmərəm. Bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası, Cənubi Qafqazda cərəyan edən hadisələr kimi ciddi məsələlər var. Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı və ümid edirik ki, bunun tezliklə baş verdiyini görə biləcəyik", - o vurğulayıb.
Xəbər lenti
0