https://sputnik.az/20231002/sahmar-movsumov-meskunlasma-konsepsiyasi-gundelik-heyatimizdir-459184725.html
Şahmar Mövsümov: "Məskunlaşma konsepsiyası gündəlik həyatımızdır"
Şahmar Mövsümov: "Məskunlaşma konsepsiyası gündəlik həyatımızdır"
Sputnik Azərbaycan
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, şəhər mərkəzlərinin yaradılması... 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T13:04+0400
2023-10-02T13:04+0400
2023-10-02T13:09+0400
şahmar mövsümov
qarabağın dirçəlişi və reinteqrasiyası
məskunlaşma
konsepsiya
forum
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_0:0:3073:1728_1920x0_80_0_0_97acd42e28af197f6b115acc8f97c424.jpg
BAKI, 2 oktyabr — Sputnik. Məskunlaşma konsepsiyası gündəlik həyatımızı özündə ehtiva edir. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib. Onun sözlərinə görə, dayanıqlı məskunlaşma planet üçün əhəmiyyət kəsb edir: "Hər bir xırda element həyatımıza təsir edir. Məskunlaşmanın əhəmiyyəti demoqrafik sərhədləri, hüdudları keçir. Bu gün Azərbaycan üçün də bu məsələ çox önəmlidir. Şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır. Əminəm ki, bu tədbir gələcəkdəki davamlı əməkdaşlığımıza töhfə verəcək. Məskunlaşma günü gələcək çağırışlar üçün mayak rolunu oynayır". Xatırladaq ki, tədbir "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunub. Forumda Ş.Mövsümovla yanaşı, DŞAK-ın sədri Anar Quliyev, digər dövlət rəsmiləri, xarici qonaqlar iştirak edir. Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etməkdir. Tədbirdə "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_74:0:2805:2048_1920x0_80_0_0_863c8f6c3d269700e87adcee37471305.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmar mövsümov, məskunlaşma, konsepsiya, forum
şahmar mövsümov, məskunlaşma, konsepsiya, forum
Şahmar Mövsümov: "Məskunlaşma konsepsiyası gündəlik həyatımızdır"
13:04 02.10.2023 (Yenilənib: 13:09 02.10.2023) Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır
BAKI, 2 oktyabr — Sputnik. Məskunlaşma konsepsiyası gündəlik həyatımızı özündə ehtiva edir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
Onun sözlərinə görə, dayanıqlı məskunlaşma planet üçün əhəmiyyət kəsb edir: "Hər bir xırda element həyatımıza təsir edir. Məskunlaşmanın əhəmiyyəti demoqrafik sərhədləri, hüdudları keçir. Bu gün Azərbaycan üçün də bu məsələ çox önəmlidir. Şəhər mərkəzlərinin yaradılması dayanıqlı, davamlı inkişaf məqsədlərinə nail olmaqda əsasdır. Əminəm ki, bu tədbir gələcəkdəki davamlı əməkdaşlığımıza töhfə verəcək. Məskunlaşma günü gələcək çağırışlar üçün mayak rolunu oynayır".
Xatırladaq ki, tədbir "Şəhərsalma Həftəsi 2023" çərçivəsində təşkil olunub. Forumda Ş.Mövsümovla yanaşı, DŞAK-ın sədri Anar Quliyev, digər dövlət rəsmiləri, xarici qonaqlar iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etməkdir. Tədbirdə "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi" mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi aparılır.