Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova: Ermənistanla sülh sazişinin imzalanması artıq daha realdır

© Photo : Milli MejlisSahibə Qafarova
Sahibə Qafarova - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
O bildirib ki, antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılan zəfərin məntiqi davamı və yekunudur.
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycanın Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı qüvvələri darmadağın edilib, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub, Azərbaycan bütün suveren ərazilərinə nəzarəti tam bərpa edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılan zəfərin məntiqi davamı və yekunudur.
Spiker diqqətə çatdırıb ki, Ermənistanla sülh sazişinin imzalanması artıq daha realdır.
Sədr onu da əlavə edib ki, Cənubi Qafqazda sabitlik elə də uzaq deyil: “Bizə xor baxanlar, torpaqlarımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç zaman unutmasın ki, dəmir yumruq yerindədir”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Xəbər lenti
0