Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Rusiya Azərbaycanla "Qarabağda vəziyyəti sabitləşdirmək" üzərində işləyir - Lavrov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Lavrov "Valday" Beynəlxalq Diskussiya Klubunun 20-ci illik toplantısının yekunlarına dair mətbuat konfransı keçirib.
BAKI, 2 oktyabr - Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Azərbaycan və tərəfdaşları ilə Qarabağda vəziyyəti sabitləşdirmək üzərində işləyir.
"Bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər. Biz Qarabağı tərk edərək Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək üçün çalışırıq", - Lavrov "Valday" Beynəlxalq Diskussiya Klubunun 20-ci illik toplantısının yekunlarına dair mətbuat konfransında deyib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Xəbər lenti
0