https://sputnik.az/20231002/reqabet-mecellesi-birinci-oxunusda-qebul-edilib-459202974.html
Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib
Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib
Sputnik Azərbaycan
Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T16:57+0400
2023-10-02T16:57+0400
2023-10-02T16:58+0400
rəqabət
iqtisadiyyat
məcəllə
birinci oxunuş
milli məclis
qanun layihəsi
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_0:0:1800:1014_1920x0_80_0_0_d825fc68d136405a547658f5f5a9beae.jpg
BAKI, 2 oktyabr — Sputnik. Bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. Komitə sədri iqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib. Deputatlar sənədin mükəmməl şəkildə hazırlandığını, onun qəbulunun kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəyini bildirib, inhisarçılığın aradan qaldırılmasının, bu sahəyə dövlət nəzarətin artırılmasının əhəmiyyətindən bəhs edib, layihənin istehlakçıların maraqlarının qorunması baxımından önəmli olduğunu qeyd ediblər. Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir və 9 əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Bildirilib ki, sənəddə ölkəmizdə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar əks olunub. Layihədə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabət orqanının vəzifəli şəxsinin öz vəzifələrini həyata keçirərkən müvafiq qanunvericiliyin maraqların toqquşması ilə bağlı prinsiplərinə riayət etməsi, habelə rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, hökmran mövqedən sui-istifadə halları ilə bağlı məsələlər ehtiva olunur. Qeyd olunub ki, Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Bununla yanası, təsərrüfat subyektlərinin təmərküzləşməsi, razılıq alınması tələb olunan təmərküzləşmələr, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi və araşdırılmasına dair məsələlər nəzərdə tutulub. Sənəddə, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi barədə məsələlər müvafiq maddələrdə müəyyən olunur. Əlavə edək ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40324/56/403245622_102:0:1711:1207_1920x0_80_0_0_e339975df444323b3f84d1df446cf4ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rəqabət, məcəllə, birinci oxunuş, milli məclis, qanun layihəsi
rəqabət, məcəllə, birinci oxunuş, milli məclis, qanun layihəsi
Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib
16:57 02.10.2023 (Yenilənib: 16:58 02.10.2023) Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb.
BAKI, 2 oktyabr — Sputnik. Bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. Komitə sədri iqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib.
Deputatlar sənədin mükəmməl şəkildə hazırlandığını, onun qəbulunun kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəyini bildirib, inhisarçılığın aradan qaldırılmasının, bu sahəyə dövlət nəzarətin artırılmasının əhəmiyyətindən bəhs edib, layihənin istehlakçıların maraqlarının qorunması baxımından önəmli olduğunu qeyd ediblər.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir və 9 əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Bildirilib ki, sənəddə ölkəmizdə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar əks olunub. Layihədə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabət orqanının vəzifəli şəxsinin öz vəzifələrini həyata keçirərkən müvafiq qanunvericiliyin maraqların toqquşması ilə bağlı prinsiplərinə riayət etməsi, habelə rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, hökmran mövqedən sui-istifadə halları ilə bağlı məsələlər ehtiva olunur.
Qeyd olunub ki, Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Bununla yanası, təsərrüfat subyektlərinin təmərküzləşməsi, razılıq alınması tələb olunan təmərküzləşmələr, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi və araşdırılmasına dair məsələlər nəzərdə tutulub. Sənəddə, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi barədə məsələlər müvafiq maddələrdə müəyyən olunur.
Əlavə edək ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək.