SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Miller: "Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik"

© AFP 2024 / NICHOLAS KAMMABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanmalıdır və bu olmadan danışmaq doğru deyil.
BAKI, 2 oktyabr - Sputnik. Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlbindən çəkinməyəcəyik.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib.
O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanmalıdır və bu olmadan danışmaq doğru deyil.
"Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını blmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha burada müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarını və təhlükəsizliyinin təmin olunmasına nəzarət edə bilər. Azərbaycan tərəfi onların haqları və təhlükəsizliyi barədə təmin olacağını bildirib və biz bunun təmin olunmasını müşahidə etmək üçün beynəlxalq missiyanın da orda olmasını istərdik", - deyə Miller bildirib.
Dövlət Departamentinin rəsmisi BMT missiyasını təqdir edib.
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla uzunmüddətli missiyanın olma mümkünlüyünüvə bunun necə işləyə biləcəyini müzakirə edirik. Ümid edirik ki Ermənistana getmiş Qarabağ erməniləri geri qayıdarkən onların hüquqlarına hörmət ediləcək. Biz həmçinin Azərbaycan ilə Ermənistanı sülh danışıqlarına qayıtmağa təşviq edirik", - deyə Miller bildirib.
Xəbər lenti
0