https://sputnik.az/20231002/fuad-sadiqov-kend-teserrufatina-deymis-zerere-gore-odenisler-minimum-2-3-defe-artacaq-459193604.html
Fuad Sadıqov: "Kənd təsərrüfatına dəymiş zərərə görə ödənişlər minimum 2-3 dəfə artacaq"
Fuad Sadıqov: "Kənd təsərrüfatına dəymiş zərərə görə ödənişlər minimum 2-3 dəfə artacaq"
Sputnik Azərbaycan
Fondun rəhbəri bildirib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb və bu da rekord göstəricidir 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T20:45+0400
2023-10-02T20:45+0400
2023-10-02T20:45+0400
aqrar
iqtisadiyyat
aqrar sığorta
fond
sığorta
ödəniş
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458094550_0:107:2048:1259_1920x0_80_0_0_0d87afeec2d444242857e50b17b9ef20.jpg
BAKI, 2 oktyabr — Sputnik. Ötən il Aqrar Sığorta Fondunun 2,5 milyon manat sığorta ödənişi etməsinə baxmayaraq, bu il həmin rəqəmin minimum 2-3 dəfə artaraq 7,8 milyon manat olması gözlənililir. Bunu jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib. O, sığorta ödənişlərinin daha artıq ola biləcəyini də istisna etməyib: "Bu il bütün ölkə üzrə kifayət qədər qeyri-sabit hava şəraiti müşhaidə edilib və bu iri həcmli zərərlərə səbəb olub. Sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də daha çox olacaq. Hər il fərqli nəticələrlə üzləşirik. Ölkədə bu ilin təkcə aprel-may aylarında baş vermiş sığorta hadisələrinin sayı ümumilikdə ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub. F.Sadıqov bu il 420 min hektara yaxın əkin ərazisi sığortaladıqlarını bildirib: "Bu da ölkədə əkinə yararlı ərazilərin 25 %-i deməkdir. Bu, 3 ildir fəaliyyət göstərən bir sistem üçün uğurlu nəticədir. Türkiyədə bu göstəricilər bir az da artıqdır. Lakin nəzərə alaq ki, orda sözügedən sistem artıq 17 ildir fəaliyyət göstərir". Fondun rəhbəri əlavə edib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb ki, bu da rekord göstəricidir: "2020-ci ildə cəmi bir neçə müqavilə və 6-7 min manat sığorta haqqı toplandığı halda bu il artıq birkiçilik sığortası üzrə toplanmış sığorta haqlarının 10 milyon manatı keçməsi gözlənilir".(Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1c/458094550_114:0:1935:1366_1920x0_80_0_0_ed580f76a73274748a3a47c697a15384.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqrar, aqrar sığorta, fond, sığorta, ödəniş
aqrar, aqrar sığorta, fond, sığorta, ödəniş
Fuad Sadıqov: "Kənd təsərrüfatına dəymiş zərərə görə ödənişlər minimum 2-3 dəfə artacaq"
Fondun rəhbəri bildirib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb və bu da rekord göstəricidir
BAKI, 2 oktyabr — Sputnik. Ötən il Aqrar Sığorta Fondunun 2,5 milyon manat sığorta ödənişi etməsinə baxmayaraq, bu il həmin rəqəmin minimum 2-3 dəfə artaraq 7,8 milyon manat olması gözlənililir.
Bunu jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
O, sığorta ödənişlərinin daha artıq ola biləcəyini də istisna etməyib:
"Bu il bütün ölkə üzrə kifayət qədər qeyri-sabit hava şəraiti müşhaidə edilib və bu iri həcmli zərərlərə səbəb olub. Sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də daha çox olacaq. Hər il fərqli nəticələrlə üzləşirik. Ölkədə bu ilin təkcə aprel-may aylarında baş vermiş sığorta hadisələrinin sayı ümumilikdə ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub.
F.Sadıqov bu il 420 min hektara yaxın əkin ərazisi sığortaladıqlarını bildirib:
"Bu da ölkədə əkinə yararlı ərazilərin 25 %-i deməkdir. Bu, 3 ildir fəaliyyət göstərən bir sistem üçün uğurlu nəticədir. Türkiyədə bu göstəricilər bir az da artıqdır. Lakin nəzərə alaq ki, orda sözügedən sistem artıq 17 ildir fəaliyyət göstərir".
Fondun rəhbəri əlavə edib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb ki, bu da rekord göstəricidir: "2020-ci ildə cəmi bir neçə müqavilə və 6-7 min manat sığorta haqqı toplandığı halda bu il artıq birkiçilik sığortası üzrə toplanmış sığorta haqlarının 10 milyon manatı keçməsi gözlənilir".(Report)