https://sputnik.az/20231002/deyirler-adina-kohne-sovet-masini-var-sene-yardim-dusmur---deputat-usy-den-danisib-459194252.html
"Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür" - Deputat ÜSY-dən danışıb
"Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür" - Deputat ÜSY-dən danışıb
Sputnik Azərbaycan
Siyavuş Novruzov ünvanlı sosial yardım məsələsinə yenidən baxılmasını təklif edib. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T15:16+0400
2023-10-02T15:16+0400
2023-10-02T15:21+0400
deputat
cəmiyyət
siyavuş novruzov
ünvanlı sosial yardım
ünvanlı dövlət sosial yardımı
milli məclis
iclas
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 2 oktyabr - Sputnik. "Biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı?". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O bildirib ki, bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar. “15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var, sənə yardım düşmür", - deyə o qeyd edib. Siyavuş Novruzov əlavə edib ki, bu gün Qarabağda, hər yerdə quruculuq işləri gedir: “Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün biz bəzi güzəştlər müəyyən etməliyik. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur. Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, siyavuş novruzov, ünvanlı sosial yardım, ünvanlı dövlət sosial yardımı, milli məclis, iclas
deputat, siyavuş novruzov, ünvanlı sosial yardım, ünvanlı dövlət sosial yardımı, milli məclis, iclas
"Deyirlər, adına köhnə sovet maşını var, sənə yardım düşmür" - Deputat ÜSY-dən danışıb
15:16 02.10.2023 (Yenilənib: 15:21 02.10.2023) Siyavuş Novruzov ünvanlı sosial yardım məsələsinə yenidən baxılmasını təklif edib.
BAKI, 2 oktyabr - Sputnik. "Biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı?".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar.
“15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var, sənə yardım düşmür", - deyə o qeyd edib.
Siyavuş Novruzov əlavə edib ki, bu gün Qarabağda, hər yerdə quruculuq işləri gedir: “Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün biz bəzi güzəştlər müəyyən etməliyik.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur.
Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.
Ailə dedikdə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər nəzərdə tutulur.