Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Deputatlar antiterror tədbirlərini tarixi qələbə kimi qiymətləndiriblər

© AFP 2024 / EMMANUEL DUNANDAzərbaycan bayrağı, arxiv şəkli
Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etməyərək Qarabağı tərk edən ermənilərin yerinə min bir əzabla Qarabağdan qovulan vətəndaşlarımızı tezliklə Xankəndiyə, digər bölgələrə köçürməliyik.
BAKI, 2 oktyabr - Sputnik. "Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, son antiterror tədbirləri ilə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu: "Bu gün rayonlarımızın işğal deyil, azad olunduğu günləri qeyd edirik. 30 il bundan əvvəl mən və mənim kimi kimi bir milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salınıb: “90-cı illərin əvvəllərində Azərbaycan çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Arazı keçərək xilas oldular".
C.Məmmədov bildirib ki, "bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Üç il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, Konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Artıq Zəngilan şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə də ev sahibliyi edib. Bu gün nəinki Zəngilan, bütün işğaldan azad olunmuş rayonlarda - Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşada da sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da çıxış edərək bildirib ki, bu gün hamımız qərbi azərbaycanlıyıq və 300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir.
Deputat xatırladıb ki, son bir əsrdə Azərbaycanda dövlət idarəçiliyində iki böyük səhv buraxılıb: "Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanın Ermənistana güzəşt olunması. İkincisi Qarabağ və Şərqi Zəngəzurun AXC-Müsavatın xəyanətinə qurban getməsi. Hər iki halda da real vəziyyəti anlaya bilən şəxslərə parlamentdə söz haqqı tanınmayıb. 1918-ci ildə ərazilərin Ermənistana verilməsinə qarşı çıxan İrəvandan olan deputatlar Mir Hidayət Seyidov, Bağır bəy Rzayev və Nəriman bəy Nərimanbəylinin etirazlarına qulaq asmayanlar, 1991-ci ildə isə Heydər Əliyevə bu parlamentdə çıxış etməyə imkan verməyənlər çox rahatlıqla İrəvan, Şərqi Zəngəzur və Qarabağı cılız niyyətlərə qurban verdilər. Bu, açıq siyasi deqredasiya idi".
"Biz sabah Ulu Öndərin xalqın təkidi ilə qayıdaraq prezident seçilməsinin 30-cu ildönümünü qeyd edəcəyik. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi deqradasiya prosesinə “Dur!” deyildi. Sözün əsl mənasında, müasir dövlət quruculuğu başladı. Bu gün Heydər Əliyev yolunun layiqli siyasi və hüquqi varisi İlham Əliyev artıq XX əsrdə tariximizdəki iki ləkədən birinin, AXC-Müsavat xəyanətkar cütlüyünün bu xalqa vurduğu zərbələrin və buraxdığı səhvlərin nəticələrini aradan qaldırıb. Artıq Qarbağ və Şərqi Zəngəzur azaddır. Az qala bütün dünyaya rəğmən, İlham Əliyev Xankəndidə Azərbaycan konstitusiya quruluşunu bərpa edib", - deputat bildirib.
Deputat Fəzail Ağamalı da deyib ki, Azərbaycan 200 ildən bəri üzərimizə gələn dünya erməniliyini yerlə bir etdi, onların maskası yırtıldı.
Deputat bildirib ki, bunu həyata keçirən qətiyyətli Prezidentimizdir: “Prezident bunu Milli Ordumuzla birgə edib. Müzəffər Ali Baş Komandanımız tarix yazmağa davam edib. Bunlar Laçın sərhəd buraxılış məntəqəsinin açılması, antiterror tədbirləri zamanı qazandığımız qələbədir. Təklif edirəm ki, bu tarixi anlar hansısa qərarla əbədiləşdirilsin”.
Deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, Allah xalqımızın qarğış və lənətlərini ermənilərin üzərinə yönəltdi ki, onlar Qarabağdan köçmək qərarı verdilər. Çünki onların bizim üzümüzə baxmağa üzləri yoxdur.
Deputat bildirib ki, biz Azərbaycan vətəndaşlığını qəbul etməyərək Qarabağı tərk edən ermənilərin yerinə min bir əzabla Qarabağdan qovulan vətəndaşlarımızı tezliklə Xankəndiyə, digər bölgələrə köçürməliyik.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Xəbər lenti
0