Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputat matəm günlərinin təqvimdən çıxarılmasını təklif edib

© Sputnik / Murad OrujovFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Deputat bildirib ki, konstitusiyanın 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir. Bu, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də aiddir.
BAKI, 2 oktyabr - Sputnik. "Təqvimdən bütün matəm günləri çıxarılsın. Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat onu da əlavə edib ki, konstitusiyanın 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir. Bu, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də aiddir: “Azərbaycan vətəndaşlığı məsələsi Qarabağa sonradan köçürülənlərə aid olmamalıdır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Xəbər lenti
0