Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib - Prezident

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində
Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik.
BAKI, 2 oktyabr — Sputnik. "Bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında səsləndirib.
Dövlət başçısı deyib ki, Azərbaycan XIX əsrin ortalarında dünyada neft hasil edən ilk ölkə olub: "O zaman biz dünya neft hasilatının həcminin yarısını hasil edirdik. Ola bilər bir çox adam bilmir ki, dənizdə də ilk neft hasilatı Azərbaycan neftçiləri tərəfindən XX əsrin ortalarında həyata keçirilib. Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik. Ölkəmiz bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib".
Xəbər lenti
0