Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanla Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır

© Sputnik / Aleksandr Smotrov / Mediabanka keçidBratislava şəhərinə mənzərə
Bratislava şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
"Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib.
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycanla Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır.
Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Qeyd edək ki, preambuladan və 30 maddədən ibarət Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiya Respublikasında isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Xəbər lenti
0