Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

© AFP 2023 / BRENDAN SMIALOWSKISənədin imzalanmaası
Sənədin imzalanmaası - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Saziş 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb, preambula və 13 maddədən ibarətdir.
BAKI, 2 oktyabr - Sputnik. Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan və Gürcüstan aşağıdakı sahələrdə əməkdaşlıq edəcək:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərksilah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər məsələlər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Saziş 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb, preambula və 13 maddədən ibarətdir: "Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir. Bu Sazişin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatlar qarşılıqlı mühafizəsi haqqında Saziş”ə əsasən həyata keçirilir".
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər lenti
0