https://sputnik.az/20231002/azerbaycanda-musterilerin-casdirilmasi-ve-aldadilmasi-qadagan-edilir-459203119.html
Azərbaycanda müştərilərin çaşdırılması və aldadılması qadağan edilir
Azərbaycanda müştərilərin çaşdırılması və aldadılması qadağan edilir
Sputnik Azərbaycan
Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir və haqsız rəqabətin aparılması qadağandır. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T19:32+0400
2023-10-02T19:32+0400
2023-10-02T19:32+0400
müştəri
iqtisadiyyat
aldatmaq
rəqabət məcəlləsi
islahat
milli məclis
iclas
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda müştərilərin çaşdırılması və aldadılması qadağan edilir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində öz əksini tapıb. Qeyd edək ki, Məcəllənin 23-cü maddəsi "Müştərilərin çaşdırılması və aldadılması" adlanır. Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir və haqsız rəqabətin aparılması qadağandır. 23-cü maddəyə əsasən, aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir: -məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması; -məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; -müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması; -məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi; -məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. Komitə sədri iqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib. Əlavə edək ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Milli Məclisdə müzakirəyə çıxarılan "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müştəri, aldatmaq, rəqabət məcəlləsi, islahat, milli məclis, iclas
müştəri, aldatmaq, rəqabət məcəlləsi, islahat, milli məclis, iclas
Azərbaycanda müştərilərin çaşdırılması və aldadılması qadağan edilir
Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir və haqsız rəqabətin aparılması qadağandır.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda müştərilərin çaşdırılması və aldadılması qadağan edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində öz əksini tapıb.
Qeyd edək ki, Məcəllənin 23-cü maddəsi "Müştərilərin çaşdırılması və aldadılması" adlanır. Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir və haqsız rəqabətin aparılması qadağandır.
23-cü maddəyə əsasən, aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir:
-məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və ya başqa xassələri, habelə təsərrüfat subyekti və ya onun sahibkarlıq fəaliyyətinin xüsusiyyəti barədə müştərini çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə olunması;
-məhsulun satışı, yaxud danışıqlar zamanı müştərinin sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
-müştərini çaşdıra bilən tərzdə öz məhsulunun rəqibin məhsulu ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya media məhsulu kimi təqdim olunması;
-məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi;
-məhsulun standartlara və ya texniki reqlamentlərə uyğunluğu barədə yanlış məlumat verməklə (bəyan etməklə) təklif edilməsi, yaxud məhsulun öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.
Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. Komitə sədri iqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib.
Əlavə edək ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək.
Milli Məclisdə müzakirəyə çıxarılan "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib.