https://sputnik.az/20231002/azerbaycan-ve-qazaxistan-xezer-denizinde-birge-telim-kecirir-459191703.html
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Sputnik Azərbaycan
Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T13:27+0400
2023-10-02T13:27+0400
2023-10-02T13:27+0400
hərbi
hərbi
hərbi təlim
hərbi təlim
azərbaycan
qazaxıstan
xəzər dənizi
birgə təlimlər
hərbi gəmi
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459190323_0:83:892:585_1920x0_80_0_0_19ab72da649faed646199f885ed77dce.jpg
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.Müdafiə Nazirliyi xəbər verir ki, birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459190323_2:0:891:667_1920x0_80_0_0_8e53c41b727c6286a3b4d0d2c5270fd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi, hərbi təlim, hərbi təlim, azərbaycan, qazaxıstan, xəzər dənizi, birgə təlimlər, hərbi gəmi
hərbi, hərbi təlim, hərbi təlim, azərbaycan, qazaxıstan, xəzər dənizi, birgə təlimlər, hərbi gəmi
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
BAKI, 2 oktyabr - Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.
Müdafiə Nazirliyi xəbər verir ki, birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.