https://sputnik.az/20231002/aqta-qida-dasiyan-sirketlere-xeberdarliq-edib-459185577.html
AQTA qida daşıyan şirkətlərə xəbərdarlıq edib
AQTA qida daşıyan şirkətlərə xəbərdarlıq edib
Sputnik Azərbaycan
AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir. 02.10.2023, Sputnik Azərbaycan
2023-10-02T12:34+0400
2023-10-02T12:34+0400
2023-10-02T12:34+0400
aqta
cəmiyyət
qida
şirkət
daşıyıcı şirkət
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444803332_0:0:851:478_1920x0_80_0_0_f55f2f58f5f9e803505451e1e6c17842.jpg
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib. Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub. AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir. Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444803332_21:0:728:530_1920x0_80_0_0_5c5b8c5b54e4dfcd0031ce826c64c863.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, qida, şirkət, daşıyıcı şirkət, xəbərdarlıq
aqta, qida, şirkət, daşıyıcı şirkət, xəbərdarlıq
AQTA qida daşıyan şirkətlərə xəbərdarlıq edib
AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir.
BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.
AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.
Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.
Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.