https://sputnik.az/20231001/veten-muharibesi-5-ci-gun-446930334.html
Vətən müharibəsi: 5-ci gün
Vətən müharibəsi: 5-ci gün
Sputnik Azərbaycan
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq”... 01.10.2023, Sputnik Azərbaycan
2023-10-01T18:51+0400
2023-10-01T18:51+0400
2023-10-01T18:51+0400
azərbaycan xəbərləri
payızın 44 anı
tarixdə bu gün
vətən müharibəsi
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42153/62/421536296_0:0:1001:563_1920x0_80_0_0_ce6b0319d8049905a7b76b04df466f44.jpg
BAKI, 30 sentyabr - Sputnik. Müdafiə Nazirliyi xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.
https://sputnik.az/20220930/veten-muharibesi-dorduncu-gun-446888332.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/62/421536296_5:0:858:640_1920x0_80_0_0_c7b60dcbc053ca8ad2b820e9bb62beb5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
payızın 44 anı, tarixdə bu gün , vətən müharibəsi, müdafiə nazirliyi
payızın 44 anı, tarixdə bu gün , vətən müharibəsi, müdafiə nazirliyi
Vətən müharibəsi: 5-ci gün
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
BAKI, 30 sentyabr - Sputnik. Müdafiə Nazirliyi
xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib.
Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu
məlumat yayıb.