https://sputnik.az/20231001/azerbaycan-medeniyyetini-ele-medeniyyetin-basinda-duran-kolxozcular-mehv-edibler-459026237.html
"Azərbaycan mədəniyyətini elə mədəniyyətin başında duran kolxozçular məhv ediblər"
"Azərbaycan mədəniyyətini elə mədəniyyətin başında duran kolxozçular məhv ediblər"
Sputnik Azərbaycan
Vətən müharibəsini başlanmasından 3 il keçməsinə baxmayaraq, hələ də sosial platformalarda müharibə mövzusunda ancaq meyxana janrında bayağı mahnılar çıxır... 01.10.2023, Sputnik Azərbaycan
2023-10-01T10:00+0400
2023-10-01T10:00+0400
2023-10-01T10:00+0400
mahnı
mədəniyyət
müharibə
nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458896920_0:160:3072:1888_1920x0_80_0_0_9afde9dd70d01a40c9c470b2fe91b54c.jpg
BAKI, 1 oktyabr — Sputnik. Bu günlərdə Azərbaycan xalqı II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır! Azərbaycan tarixinin ən önəmli tarixinin başlanmasından 3 il keçməsinə baxmayaraq, hələ də 44 günlük müharibəyə həsr olunan mahnılar yoxdur. Sosial platformalarda müharibə mövzusunda mahnı axtararkən qarşımıza meyxana janrında bayağı mahnılar çıxır. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 2021-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunsa da, ciddi bir əsər ortalığa çıxmayıb. Sputnik Azərbaycan bunun səbəblərini aydınlaşdırmağa çalışıb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğurunda İctimai Birliyinin İdarə Heyətinin sədri, Bəstəkarlar İttifaqının mahnı və media şöbəsinin sədri, bəstəkar Gövhər Həsənzadə bildirib ki, əslində belə musiqi əsərləri yazılır, amma onun təbliğatı ilə heç kim məşğul olmur: "Operalar da yazılır, kantatalar yazılıb, mahnılar da yazılıb. Düzdür, aralarında şablon olanlar da var. İstər sözləri, istərsə də musiqisi oxşar olanlar da var. Amma keyfiyyətli olanları da var. Problem təbliğatdadır. Həmin əsərlər radiolarda, televiziyalarda səsləndirilməlidir. KİV-lər bunda maraqlı olmalıdırlar. Vətən müharibəsi mövzusunda yazılan əsərlərin top 10-luğu hazırlansın, onda xalq da görəcək ki, həqiqətən də musiqilər yazılıb". "Kolxozçular mədəniyyətimizi məhv ediblər"Müğənni Əli Mirəliyev bunun günahını bəstəkarlarda görür: "Yeni gələn bəstəkarlar bir yana, heç bizim köhnə nəsildən olan Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarımız da yazmır. Yenilər də ancaq sevgidən və toydan yazırlar. Oxuyanlar da rep, rok, meyxana oxuyurlar. Aləm dəyib bir-birinə, at izi, it izinə qarışıb. Azərbaycan musiqisini məhv ediblər. Bir milləti yıxmaq istəyirsənsə, onun dilini və mədəniyyətini məhv elə. Bizim mədəniyyətimizi elə mədəniyyətin başında duran kolxozçular məhv etdilər". "Nooldu Paşinyan"Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, onlarla mahnının söz müəllifi Vahid Əziz isə bildirir ki, bu, ideoloji məsələdir: ""Param-parça illər" adlı kitabımda xeyli sayda şeirlər var. "Şuşam mənim", bir neçə şəhidimizə həsr olunan şeirlərimə musiqi bəstələndi. İfaçılarımız da oxudu. Təəssüf ki, onun maliyyə məsələsini müəlliflər həll etməli olurlar. Bunu nizama salmaq lazımdır. Bunun üçün aiddiyatı orqanların başında duran insanlarda vətənpərvərlik hissi olmalıdır. "Nooldu Paşinyan" tipli mahnılar da ola bilər. O mahnını mən də bəyənirəm. Amma başqa mahnılar da yazılmalıdır. Ciddi musiqi əsərləri ərsəyə gəlməlidir".Mədəniyyət Nazirliyi isə hələlik Vətən Müharibəsi mövzusunda musiqi əsərlərinin yaranması üçün sənət adamlarına stimul verəcək hər hansı layihəni maliyyələşdirmək niyyətində deyil. Bu barədə agentliyin suallarını Nazirlikdən cavablandırmayıblar. Necə deyərlər, indi ideoloji məsələ qalıb musiqiçilərin öz boynuna...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458896920_171:0:2902:2048_1920x0_80_0_0_a391ae8b2ef4c1634b6dd561e9231300.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mahnı, müharibə, nikol paşinyan
mahnı, müharibə, nikol paşinyan
"Azərbaycan mədəniyyətini elə mədəniyyətin başında duran kolxozçular məhv ediblər"
Vətən müharibəsini başlanmasından 3 il keçməsinə baxmayaraq, hələ də sosial platformalarda müharibə mövzusunda ancaq meyxana janrında bayağı mahnılar çıxır. Ekspertlər bunun günahını mədəniyyət adamlarında, bəstəkarlarda görürlər.
BAKI, 1 oktyabr — Sputnik. Bu günlərdə Azərbaycan xalqı II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır! Azərbaycan tarixinin ən önəmli tarixinin başlanmasından 3 il keçməsinə baxmayaraq, hələ də 44 günlük müharibəyə həsr olunan mahnılar yoxdur. Sosial platformalarda müharibə mövzusunda mahnı axtararkən qarşımıza meyxana janrında bayağı mahnılar çıxır. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 2021-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunsa da, ciddi bir əsər ortalığa çıxmayıb. Sputnik Azərbaycan bunun səbəblərini aydınlaşdırmağa çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğurunda İctimai Birliyinin İdarə Heyətinin sədri, Bəstəkarlar İttifaqının mahnı və media şöbəsinin sədri, bəstəkar Gövhər Həsənzadə bildirib ki, əslində belə musiqi əsərləri yazılır, amma onun təbliğatı ilə heç kim məşğul olmur:
"Operalar da yazılır, kantatalar yazılıb, mahnılar da yazılıb. Düzdür, aralarında şablon olanlar da var. İstər sözləri, istərsə də musiqisi oxşar olanlar da var. Amma keyfiyyətli olanları da var. Problem təbliğatdadır. Həmin əsərlər radiolarda, televiziyalarda səsləndirilməlidir. KİV-lər bunda maraqlı olmalıdırlar. Vətən müharibəsi mövzusunda yazılan əsərlərin top 10-luğu hazırlansın, onda xalq da görəcək ki, həqiqətən də musiqilər yazılıb".
"Kolxozçular mədəniyyətimizi məhv ediblər"
Müğənni Əli Mirəliyev bunun günahını bəstəkarlarda görür:
"Yeni gələn bəstəkarlar bir yana, heç bizim köhnə nəsildən olan Cavanşir Quliyev, Faiq Sücəddinov, Eldar Mansurov kimi bəstəkarlarımız da yazmır. Yenilər də ancaq sevgidən və toydan yazırlar. Oxuyanlar da rep, rok, meyxana oxuyurlar. Aləm dəyib bir-birinə, at izi, it izinə qarışıb. Azərbaycan musiqisini məhv ediblər. Bir milləti yıxmaq istəyirsənsə, onun dilini və mədəniyyətini məhv elə. Bizim mədəniyyətimizi elə mədəniyyətin başında duran kolxozçular məhv etdilər".
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, onlarla mahnının söz müəllifi Vahid Əziz isə bildirir ki, bu, ideoloji məsələdir:
""Param-parça illər" adlı kitabımda xeyli sayda şeirlər var. "Şuşam mənim", bir neçə şəhidimizə həsr olunan şeirlərimə musiqi bəstələndi. İfaçılarımız da oxudu. Təəssüf ki, onun maliyyə məsələsini müəlliflər həll etməli olurlar. Bunu nizama salmaq lazımdır. Bunun üçün aiddiyatı orqanların başında duran insanlarda vətənpərvərlik hissi olmalıdır. "Nooldu Paşinyan" tipli mahnılar da ola bilər. O mahnını mən də bəyənirəm. Amma başqa mahnılar da yazılmalıdır. Ciddi musiqi əsərləri ərsəyə gəlməlidir".
Mədəniyyət Nazirliyi isə hələlik Vətən Müharibəsi mövzusunda musiqi əsərlərinin yaranması üçün sənət adamlarına stimul verəcək hər hansı layihəni maliyyələşdirmək niyyətində deyil. Bu barədə agentliyin suallarını Nazirlikdən cavablandırmayıblar.
Necə deyərlər, indi ideoloji məsələ qalıb musiqiçilərin öz boynuna...