https://sputnik.az/20230930/xn-ermenistanin-beynelxalq-edalet-mehkemesinde-qaldirdigi-iddialar-esassiz-ve-absurddur-459144107.html
XİN: Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar əsassız və absurddur
XİN: Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar əsassız və absurddur
Sputnik Azərbaycan
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə yaranmış durumu şərh edib. 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T11:49+0400
2023-09-30T11:49+0400
2023-09-30T11:51+0400
azərbaycan xəbərləri
xin
azərbaycan xin
bmt təhlükəsizlik şurası
ayxan hacızadə
beynəlxalq ədalət məhkəməsi
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_0:160:3072:1888_1920x0_80_0_0_03f0109e13887dd5937ba459dcf6a56f.jpg
BAKI, 30 sentyabr - Sputnik. "Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur".Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir:"Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq 3-cü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib. Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300831_171:0:2902:2048_1920x0_80_0_0_ba039eeb77b5ecd013440ae4895f1bec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, bmt təhlükəsizlik şurası, ayxan hacızadə, beynəlxalq ədalət məhkəməsi, ermənistan
xin, azərbaycan xin, bmt təhlükəsizlik şurası, ayxan hacızadə, beynəlxalq ədalət məhkəməsi, ermənistan
XİN: Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar əsassız və absurddur
11:49 30.09.2023 (Yenilənib: 11:51 30.09.2023) Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə yaranmış durumu şərh edib.
BAKI, 30 sentyabr - Sputnik. "Sentyabrın 29-da Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir:
"Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir. Təkcə bu il ərzində Ermənistan bu məhkəməyə artıq 3-cü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib. Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək".