https://sputnik.az/20230930/xn-ermeni-radikal-qruplasmalarinin-abs-de-konfrans-istirakcilarina-hucumunu-pisleyib-459153520.html
XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümunu pisləyib
XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümunu pisləyib
Sputnik Azərbaycan
Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir. 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T19:06+0400
2023-09-30T19:06+0400
2023-09-30T19:07+0400
siyasət
xin
azərbaycan xin
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücümu ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir:"29 sentyabr 2023-cü il tarixində ABŞ-nin Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik.30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin
XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümunu pisləyib
19:06 30.09.2023 (Yenilənib: 19:07 30.09.2023) Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.
BAKI, 30 sentyabr - Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) erməni radikal qruplaşmalarının ABŞ-nin Cənubi Kaliforniya Universitetində təşkil olunan konfransın iştirakçılarına qarşı hücümu ilə bağlı bəyanat yayıb.
"29 sentyabr 2023-cü il tarixində ABŞ-nin Los-Anceles şəhərində erməni radikal qruplaşmalarının Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına qarşı hücumunu kəskin qınayır və pisləyirik.
30 ilə yaxın işğal müddətində, o cümlədən 44 günlük Vətən müharibəsi, habelə bölgədə aparılan son anti-terror tədbirləri ərəfəsində ölkəmizə, həmvətənlərimizə, habelə qardaş Türkiyə Respublikası və onun vətəndaşlarına qarşı atılan, Ermənistanın etnik nifrət və dözümsüzlük siyasətinin təcəssümü olan bu kimi addımların intensiv və sistematik xarakter alması ciddi təhdid mənbəyidir.
Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının uğursuzluğa düçar olmasını, habelə bölgədə yaradılan qeyri-qanuni rejimin süquta uğramasını həzm edə bilməyən radikal erməni diaspor nümayəndələrinin bu kimi aqressiv hücumları cinayət əməlidir və müvafiq olaraq cəzalandırılmalıdır.
Bu hücumun timsalında radikal erməni qruplaşmalarının bu kimi irqi ayrı-seçkilik, nifrət nitqi və zorakılıq elementlərini özündə ehtiva edən davranışları geniş beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanmalı, bu cür hərəkətlərin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq addımlar atılmalıdır".