Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İşgüzar insanların insult keçirmə riski daha çoxdur

© Sputnik / Murad OrujovAşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Britaniya alimləri müəyyən ediblər ki, səkkiz saatdan artıq işləmək insult riskini artırır.
BAKI, 30 sentyabr — Sputnik. Həftədə 55 saat və bundan da çox işləyənlərin insult keçirmə ehtimalı digər şəxslərlə müqayisədə 33 faiz daha çoxdur.
Britaniya alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.
"British Medical Journal"da dərc olunan məqalədə qeyd olunub ki, işçilərin iş saatları artdıqca onların depressiyaya düşmə, stress yaşama ehtimalı daha da çoxalır.
Bundan başqa, alimlər o qənaətə gəliblər ki, iş saatlarının çoxluğu piylənmə riskini də artırır. Boş zaman azaldıqca, idman etmək ehtimalı azalır və bu da piylənmə yaradır.
Sağlam həyat tərzi üçün iş vaxtının 8 saatdan artıq olmaması, aktiv həyat yaşamaq tövsiyə olunur.
Xəbər lenti
0