https://sputnik.az/20230930/separatci-rejimin-mehvinden-sonra-regionda-prosesler-nece-cereyan-edecek-459119994.html
Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək?
Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək?
Sputnik Azərbaycan
Politoloq bildirir ki, Ruben Vardanyanın həbs edilərək Bakıya gətirilməsi Azərbaycanın suverenliyinə təhdid formalaşdırmaq istəyənlərə qarşı necə prinsipial... 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T10:20+0400
2023-09-30T10:20+0400
2023-09-30T10:20+0400
separatçı rejim
təhlil
ermənistan
qarabağ
ruben vardanyan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996555_0:160:3072:1888_1920x0_80_0_0_fb5c77bfb2826519cf3ad2364eef5431.jpg
BAKI, 30 sentyabr — Sputnik. "Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən qondarma qurumun özünü buraxması böyük tarixi hadisədir". Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyib. Politoloq xatırladıb ki, bir vaxtlar separatçı qurum özünü danışıqlarda tərəf kimi təqdim etmək istəyirdi, nəhayətdə isə Azərbaycan diplomatiyası separatçı rejimi yox olmağa məcbur etdi: "44 günlük Vətən müharibəsindən sonra da separatçılar yeni reallıqlar şəraitində problemlər yaratmağa çalışırdılar, təxribata əl atırdılar. Bütün bunların isə cavabı verilməli idi. Məhz bu təxribatlara, revanşist meyllərə cavab olaraq Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatları ilə Qarabağ iqtisadi rayonunda özbaşınalıq edən separatçı rejimin başını əzdi". İlyas Hüseynov qeyd edib ki, separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın həbs edilərək Bakıya gətirilməsi, sorğu-sual edilməsi göstərdi ki, Azərbaycan suverenliyinə təhdid formalaşdırmaq istəyənlərə qarşı necə prinsipial mövqe nümayiş etdirir."Azərbaycan suverenliyini və konstitusiya quruluşunu bərpa etdiyi üçün qarşıdakı dövrdə reinteqrasiya prosesi daha sürətlə gedəcək. Bununla bağlı işçi qrup da formalaşdırılıb. Azərbaycan dövləti erməni sakinlərin təhlükəsizliyinə təminatı və hüquqlarının qorunacağı ilə bağlı təminat verir" - Hüseynov əlavə edib. Politoloq onu da deyib ki, Ermənistan və onun arxasındakı qüvvələr Azərbaycanın regional siyasətini tənqid etməyə çalışırlar. Bu baxımdan oktyabrın 5-də Qranadada ölkə liderləri səviyyəsində keçirilməsi planlaşıdırılan görüş Avropanın təhlükəsizlik arxitekturası baxımından çox böyük əhəmiyyət kəsb edir. "Biz bilirik ki, Praqa və Kişinyov görüşləri müsbət nəticələrlə yekunlaşmışdı. Bu baxımdan Qranada görüşü də bu görüşlərin davamıdır. Gözlənilir ki, Qranada görüşündə Fransa, Almaniya, Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini müzakirə edəcəklər. Onu təşkil edən müddəalar razılaşdırılacaq və yol xəritəsi hazırlanacaq. Bütün bunlar Cənubi Qafqazda sülh və təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək" - deyə politoloq fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1a/458996555_171:0:2902:2048_1920x0_80_0_0_fb81f07492397a4864cbd4ab87749ed1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
separatçı rejim, ermənistan, qarabağ, ruben vardanyan
separatçı rejim, ermənistan, qarabağ, ruben vardanyan
Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək?
Politoloq bildirir ki, Ruben Vardanyanın həbs edilərək Bakıya gətirilməsi Azərbaycanın suverenliyinə təhdid formalaşdırmaq istəyənlərə qarşı necə prinsipial mövqe nümayiş etdirdiyini göstərir.
BAKI, 30 sentyabr — Sputnik. "Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən qondarma qurumun özünü buraxması böyük tarixi hadisədir". Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyib.
Politoloq xatırladıb ki, bir vaxtlar separatçı qurum özünü danışıqlarda tərəf kimi təqdim etmək istəyirdi, nəhayətdə isə Azərbaycan diplomatiyası separatçı rejimi yox olmağa məcbur etdi:
"44 günlük Vətən müharibəsindən sonra da separatçılar yeni reallıqlar şəraitində problemlər yaratmağa çalışırdılar, təxribata əl atırdılar. Bütün bunların isə cavabı verilməli idi. Məhz bu təxribatlara, revanşist meyllərə cavab olaraq Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatları ilə Qarabağ iqtisadi rayonunda özbaşınalıq edən separatçı rejimin başını əzdi".
İlyas Hüseynov qeyd edib ki, separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın həbs edilərək Bakıya gətirilməsi, sorğu-sual edilməsi göstərdi ki, Azərbaycan suverenliyinə təhdid formalaşdırmaq istəyənlərə qarşı necə prinsipial mövqe nümayiş etdirir.
"Azərbaycan suverenliyini və konstitusiya quruluşunu bərpa etdiyi üçün qarşıdakı dövrdə reinteqrasiya prosesi daha sürətlə gedəcək. Bununla bağlı işçi qrup da formalaşdırılıb. Azərbaycan dövləti erməni sakinlərin təhlükəsizliyinə təminatı və hüquqlarının qorunacağı ilə bağlı təminat verir" - Hüseynov əlavə edib.
Politoloq onu da deyib ki, Ermənistan və onun arxasındakı qüvvələr Azərbaycanın regional siyasətini tənqid etməyə çalışırlar. Bu baxımdan oktyabrın 5-də Qranadada ölkə liderləri səviyyəsində keçirilməsi planlaşıdırılan görüş Avropanın təhlükəsizlik arxitekturası baxımından çox böyük əhəmiyyət kəsb edir.
"Biz bilirik ki, Praqa və Kişinyov görüşləri müsbət nəticələrlə yekunlaşmışdı. Bu baxımdan Qranada görüşü də bu görüşlərin davamıdır. Gözlənilir ki, Qranada görüşündə Fransa, Almaniya, Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini müzakirə edəcəklər. Onu təşkil edən müddəalar razılaşdırılacaq və yol xəritəsi hazırlanacaq. Bütün bunlar Cənubi Qafqazda sülh və təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək" - deyə politoloq fikrini tamamlayıb.