Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

DTX: Azad olunmuş ərazilərdə 500-ə yaxın şəxsin meyitinin qalıqları tapılıb

© Sputnik / Emin BabayevƏhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb
Əhmədağalı kəndi ərazisində insana məxsus, kəllə, qabırğa və ayaq sümükləri aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 30.09.2023
Abunə olmaq
Hazırda itkin düşən şəxslərin axtarışları davam edir.
BAKI, 30 sentyabr - Sputnik. Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.
APA xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.
O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir:
"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".
Xəbər lenti
0