https://sputnik.az/20230929/xanlar-veliyev-herbi-xidmet-eleyhine-olan-cinayetler-azalib-459096690.html
Xanlar Vəliyev: "Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb"
Xanlar Vəliyev: "Hərbi xidmət əleyhinə olan cinayətlər azalıb"
Sputnik Azərbaycan
BAKI, 29 sentyabr — Sputnik. "2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T10:37+0400
2023-09-29T10:37+0400
2023-09-29T10:43+0400
xanlar vəliyev
hərbi
cinayət
erməni
silahlı
https://cdnn1.img.sputnik.az/img/42280/00/422800064_0:0:2250:1267_1920x0_80_0_0_c977664d20877bd71dbdbb830d0d5520.jpg
BAKI, 29 sentyabr — Sputnik. "2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb". Bunu Respublika Hərbi prokuroru Xanlan Vəliyev deyib. Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb. Azərbaycanın hərbi prokuroru bildirib ki, son günlər erməni silahlı birləşmələrinin törətdiyi cinayətlərə görə 6 cinayət işi açılıb. Xanlkar Vəliyev qeyd edib ki, mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib: "Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd); 29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə); 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılıb və mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/00/422800064_250:0:2250:1500_1920x0_80_0_0_2b583002c33bf2d90d4b217450b8a164.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xanlar vəliyev, cinayət, erməni, silahlı
xanlar vəliyev, cinayət, erməni, silahlı
BAKI, 29 sentyabr — Sputnik. "2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb".
Bunu Respublika Hərbi prokuroru Xanlan Vəliyev deyib.
Onun sözlərinə görə, qəsdən adam öldürmə cinayətləri 33,3%; Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%; Hərbi xidmətdən yayınma cinayətləri 42,7 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7 % azalıb.
Azərbaycanın hərbi prokuroru bildirib ki, son günlər erməni silahlı birləşmələrinin törətdiyi cinayətlərə görə 6 cinayət işi açılıb.
Xanlkar Vəliyev qeyd edib ki, mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib:
"Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd); 29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə); 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılıb və mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv şəkildə həyata keçirilib".