Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xankəndi yaxınlığındakı partlayışda ölənlərin sayı artıb

© AFP 2023 / FRED TANNEAUYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə FHN-nin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.
Bu barədə "24News" portalı məlumat yayıb.
Xatırladaq ki, hadisə sentyabrın 25-də Əsgəran-Xankəndi yolunun yaxınlığında baş verib.
Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
Xəbər lenti
0