CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili Qənirə Paşayeva dəfn olunub

© Sputnik / Shahperi AbbasovaMillət vəkili Qənirə Paşayeva dəfn olunub
Millət vəkili Qənirə Paşayeva dəfn olunub - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə məsələləri nəzarətə götürüb.
BAKI, 29 sentyabr — Sputnik. Millət vəkili Qənirə Paşayeva İkinci Fəxri Xiyabanda dəfn olunub.
Mərhumla vida mərasimi yekunlaşdıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.
***
Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.
Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
***
Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.
“Report” xəbər verir ki, bu barədə Q.Paşayevanın qardaşı Hüseyn Paşayev bildirib.
O, qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
© Sputnik / Shahperi AbbasovaMillət vəkili Qənirə Paşayeva ilə vida mərasimi
Церемония прощания с депутатом Ганирой Пашаевой - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.
O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
***
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva bu gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qənirə Paşayeva kimdir?
Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.
2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım edib.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.
O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.
23 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilib.
***
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.
Mərkəzi Klinikadan bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Klinikadan qeyd olunub ki, aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.
O, süni tənəffüs aparatına qoşulub.
Xəbər lenti
0