https://sputnik.az/20230929/ombudsman-qarabagin-ermeni-sakinlerine-muraciet-edib-459105316.html
Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib
Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib
Sputnik Azərbaycan
Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T12:18+0400
2023-09-29T12:18+0400
2023-09-29T12:45+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ombudsman səbinə əliyeva
müraciət
erməni sakinlər
qarabağ
erməniəsilli sakinlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_0:54:1025:630_1920x0_80_0_0_6280b6938e987b771ae1d7ea6c6c2d09.jpg
BAKI, 29 sentyabr - Sputnik. "Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir".Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı danışarkən deyib.Onun sözlərinə görə, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan bu ilin 19-20 sentyabrda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir: "Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/12/427956574_56:0:967:683_1920x0_80_0_0_c3fc76a5e4386989907961f6aba70d16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ombudsman səbinə əliyeva, müraciət, erməni sakinlər, qarabağ, erməniəsilli sakinlər
ombudsman səbinə əliyeva, müraciət, erməni sakinlər, qarabağ, erməniəsilli sakinlər
Ombudsman Qarabağın erməni sakinlərinə müraciət edib
12:18 29.09.2023 (Yenilənib: 12:45 29.09.2023) Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir
BAKI, 29 sentyabr - Sputnik. "Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan bu ilin 19-20 sentyabrda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.
Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir:
"Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər".