Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev: Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Dövlətimizin başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən "Qarabağ Ermənistandır" bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır.
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsinlər və artıq sülh sazişinin layihəsi üzərində işləsinlər. Sentyabrın 20-də biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.
Bununla yanaşı, sərhədlərin delimitasiyası üzərində fəal şəkildə çalışmağın və uzun müddət sürən bu qarşıdurmaya son qoymağın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır".
O bildirib ki, sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik.
Dövlətimizin başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən "Qarabağ Ermənistandır" bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il – red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır.
"Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir", - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
Xəbər lenti
0