https://sputnik.az/20230929/gelen-il-70-den-cox-kende-4-minden-cox-aile-qayidacaq-prezident-459123928.html
Gələn il 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq-Prezident
Gələn il 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq-Prezident
Sputnik Azərbaycan
İlham Əliyevun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq. 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T16:09+0400
2023-09-29T16:09+0400
2023-09-29T16:34+0400
qarabağın dirçəlişi və reinteqrasiyası
ağalı
ağalı kəndi
prezident ilham əliyev
qayıdış
böyük qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_0:146:3121:1902_1920x0_80_0_0_686266a56de98749cf479a911e2a2b4c.jpg
BAKI, 29 sentyabr — Sputnik. "Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib. "Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər". Prezident vurğulayıb ki, Böyük Qayıdış Proqramının icrası bir nömrəli vəzifədir. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar". Dövlət başçısı onu da qeyd edib ki, gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq. "Paralel olaraq həmin ərazilərdə mütəşəkkil şəkildə müasir nəqliyyat və digər infrastrukturlar, məşğulluq imkanları yaradılır, sülh və əmin-amanlıq bərqərar olur", - deyə sədr qeyd edib.
ağalı
ağalı kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444411534_196:0:2925:2047_1920x0_80_0_0_5fd875056c7c08f7f365db9cedda98e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağalı, ağalı kəndi, prezident ilham əliyev, qayıdış, böyük qayıdış
ağalı, ağalı kəndi, prezident ilham əliyev, qayıdış, böyük qayıdış
Gələn il 70-dən çox kəndə 4 mindən çox ailə qayıdacaq-Prezident
16:09 29.09.2023 (Yenilənib: 16:34 29.09.2023) İlham Əliyevun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.
BAKI, 29 sentyabr — Sputnik. "Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.
"Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Prezident vurğulayıb ki, Böyük Qayıdış Proqramının icrası bir nömrəli vəzifədir. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar".
Dövlət başçısı onu da qeyd edib ki, gələn il Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 70-dən çox kəndə 4 mindən çox ailənin qayıdışı gözlənilir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda 28 qəsəbə salınacaq.
"Paralel olaraq həmin ərazilərdə mütəşəkkil şəkildə müasir nəqliyyat və digər infrastrukturlar, məşğulluq imkanları yaradılır, sülh və əmin-amanlıq bərqərar olur", - deyə sədr qeyd edib.