https://sputnik.az/20230929/eliyevden-azerbaycana-qarsi-planlari-olanlara-mesaj-sebrimizle-oynamayin-459125734.html
Əliyevdən Azərbaycana qarşı planları olanlara mesaj: Səbrimizlə oynamayın
Əliyevdən Azərbaycana qarşı planları olanlara mesaj: Səbrimizlə oynamayın
Sputnik Azərbaycan
Prezident İlham Əliyev bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T17:01+0400
2023-09-29T17:01+0400
2023-09-29T17:05+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
azərbaycan
plan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459103147_0:160:553:471_1920x0_80_0_0_be3441b7e49ee3990a4c202b8b895eb3.jpg
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb. Dövlət başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir". Prezident: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi Prezident İlham Əliyev bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər. Bu gün də erməni xalqının onlara (kriminal hərbi cinayətkarlara – red.) nifrət etdiyini xatırladan dövlət başçısı qeyd edib: “Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək istəsəydi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər, keçmiş həmsədrlər bunu bilirdilər. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında bunu dinc yolla həll etməyə hazır idik”. Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459103147_0:108:553:523_1920x0_80_0_0_a5f881835b4da43ff4dfa21ccd65f772.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, azərbaycan, plan, ermənistan
prezident ilham əliyev, azərbaycan, plan, ermənistan
Əliyevdən Azərbaycana qarşı planları olanlara mesaj: Səbrimizlə oynamayın
17:01 29.09.2023 (Yenilənib: 17:05 29.09.2023) Prezident İlham Əliyev bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi.
BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi əməliyyatdan danışıb, ölkəmizin bu əməliyyatda niyyətinin nə olduğunu açıqlayıb.
Dövlət başçısı həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir".
Prezident: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi
Prezident İlham Əliyev bildirib ki, Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idilər.
Bu gün də erməni xalqının onlara (kriminal hərbi cinayətkarlara – red.) nifrət etdiyini xatırladan dövlət başçısı qeyd edib: “Hazırkı Ermənistan hakimiyyəti ilə bağlı ümidlər şişirdilmiş idi. Hazırkı Ermənistan hakimiyyəti Azərbaycanla sülhə gəlmək istəsəydi, bunu edə bilərdi. Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər, keçmiş həmsədrlər bunu bilirdilər. Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında bunu dinc yolla həll etməyə hazır idik”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.