Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Elçin Əmirbəyov: "Separatçıların getməsi Qarabağ erməniləri üçün yeni imkanlar açır"

© Photo : REPORTAzərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov  - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Əmirbəyovun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin getməsi onların şəxsi və könüllü qərarıdır.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın məqsədi Qarabağda separatizmi yatırmaq və mahiyyət etibarilə sakinləri girov saxlayan qanunsuz separatçı rejimi aradan qaldırmaq idi, artıq onlar üçün yeni imkanlar açılır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Nümunə kimi E.Əmirbəyov Bakının Qarabağa un və digər məhsulların göndərilməsi zamanı baş verən son hadisələri göstərib:
"Məhz bu hərbi xunta onları yalnız siyasi motivlərlə qəbul etməkdən imtina edib. Separatçı rejim rəsmən ləğv olunduğunu elan etdiyinə görə, hesab edirəm ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisini tamam başqa gələcək gözləyir. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya edə, həyat şəraitini yaxşılaşdıra bilərlər, çünki bizim təmin etdiyimiz bütün hüquqlardan istifadə etmək imkanı əldə edirlər”, - Azərbaycan Prezidentinin nümayəndəsi bildirib.
E.Əmirbəyovun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin getməsi onların şəxsi və könüllü qərarıdır. O vurğulayıb ki, Azərbaycan heç vaxt Qarabağın erməni əhalisini getməyə məcbur etməyi qarşısına məqsəd qoymayıb:
"Düşünürəm ki, onların seçimi var. Azərbaycan hakimiyyətinin son 4-5 gündə davamlı olaraq hər cür humanitar yardım, ilkin tələbat malları, dərmanlar, yanğınsöndürən və təcili yardım maşınları çatdırmaqla məşğul olduğuna baxın. Artıq biz bunu yaratmışıq. Bir-iki günə elektrik enerjisi, qaz veriləcək. Ölkənin Xarici İşlər Nazirliyi erməniləri yaşayış yerlərini tərk etməməyə, Azərbaycanın bir hissəsi olmağa çağırıb”, - deyə səfir əlavə edib. Bakı onların getmək istəyinin qarşısını ala bilməz. Çünki bu, onların girov saxlanması ilə bağlı ittihamlarla nəticələnəcək. Biz onları sözlə deyil, əməllə inandırmaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq”.
E.Əmirbəyov əlavə edib ki, Qarabağ erməniləri gələcəkdə Azərbaycana qayıtmaq hüququnu özündə saxlayır və yenə də fikirlərini dəyişib geri qayıda bilərlər.
Xəbər lenti
0