https://sputnik.az/20230929/ceyhun-bayramov-putinin-xususi-numayendesi-ile-gorusub-459131776.html
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T18:45+0400
2023-09-29T18:45+0400
2023-09-29T18:45+0400
ceyhun bayramov
azərbaycan xəbərləri
rusiya prezidenti vladimir putin
xüsusi nümayəndə
rusiya
qarabağ
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459131231_0:26:850:504_1920x0_80_0_0_85d9ffe0f22208a648d23b037a5d475a.jpg
BAKI, 29 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb. Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın anti-terror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Görüşdə, habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib. Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459131231_72:0:779:530_1920x0_80_0_0_ac939220c1bf44141b7e95654429009c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, rusiya prezidenti vladimir putin, xüsusi nümayəndə, rusiya, qarabağ, ermənistan
ceyhun bayramov, rusiya prezidenti vladimir putin, xüsusi nümayəndə, rusiya, qarabağ, ermənistan
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Nazir Ceyhun Bayramov həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb
BAKI, 29 sentyabr — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın anti-terror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Görüşdə, habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.