https://sputnik.az/20230929/belqraddaki-partner-2023-mudafie-sergisinin-rusiya-vurgusu-459076638.html
Belqraddakı "Partner-2023" müdafiə sərgisinin Rusiya vurğusu
Belqraddakı "Partner-2023" müdafiə sərgisinin Rusiya vurğusu
Sputnik Azərbaycan
Sputnik-in hərbi icmalçısı qeyd edir ki, Belqraddakı sərgidə Rusiya Müdafiə Sənayesi tərəfindən təqdim olunan geniş çeşiddə silah və hərbi texnika RF... 29.09.2023, Sputnik Azərbaycan
2023-09-29T09:01+0400
2023-09-29T09:01+0400
2023-09-29T09:01+0400
təhlil
rusiya
nato
sülhməramlı
fəaliyyət
ingiltərə
parlament
belqrad
sərgi
serbiya
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232938_0:161:3068:1887_1920x0_80_0_0_839302fff1d4f31dd909cdc4b7591650.jpg
Rusiya ilə Serbiya arasında hərbi-texniki əməkdaşlıq xüsusi bir tarixdir. Moskva ənənəvi olaraq Belqrada ölkənin suverenliyini möhkəmləndirməyə kömək edir. Sentyabrın 25-dən 28-dək Serbiyanın paytaxtında keçiriləcək sərginin açılış günündə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev vurğulayıb: “Qardaş xalqlarımızın əməkdaşlığı zamanla və bir çox xarici amillərlə sınaqdan keçirilmiş strateji xarakter daşıyır”. Hələ də çoxlu xarici təhdidlər var. Dünən Serbiyada sentyabrın 24-də Kosovo və Metohiyada 4 nəfərin ölümü ilə əlaqədar matəm keçirilib. Serbiya vətəndaşları NATO qüvvələrinin (KFOR) tam razılığı ilə Kosovonun “polisi” tərəfindən öldürülüb. Serbiya dünya bazarında ən məşhur və tələbat olunan T-90S və T-90MS tanklarını, “Terminator” tankları dəstəkləyən döyüş maşınını, “Solntsepek” TOS-1A ağır alov atıcı sistemini, “Tornado-S” reaktiv yaylım atəş sistemini (RYAS), “Msta-S” modernləşdirilmiş özüyeriyən haubitsanı və artıq əfsanəvi “Kornet” tank əleyhinə idarəolunan raketi (TƏİR) təqdim edir. Hərbi Hava Qüvvələrinin mütəxəssisləri Belqradda təqdim olunan Su-35, Su-30SME və MiQ-35 qırıcıları, Yak-130 döyüş təlim təyyarəsi və İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarələrinə böyük maraq göstərirlər. Xüsusi hərbi əməliyyat (XHƏ) fonunda Ka-52E kəşfiyyat-hücum helikopteri, Mi-35M nəqliyyat-döyüş helikopteri və Mi-17 hərbi-nəqliyyat helikopteri, həmçinin “Orion-E”, “Orlan-10E” və “Orlan-30” PUA-ları xüsusi diqqəti cəlb edir. Hərbi Dəniz Qüvvələrinin nümayəndələri BK-10, BK-16E sürətli desant və hücum katerlərinə biganə qalmayıblar. Rusiyanın atıcı silahlarına böyük maraq var - Kalaşnikov AK-308 və AK-19 avtomatları, Kalaşnikov PPK-20 tapanca-pulemyotu, “Kord” 6P68 və 6P67 avtomatları Belqradda nümayiş etdirilir. Bundan əlavə, “Rosoboroneksport” sənaye tərəfdaşlığı və silahların birgə istehsalınının müxtəlif formatlarını təklif edir. Balkan sərhədi Yaxınlıqda - Bosniya və Herseqovinada bu yaxınlarda NATO-nun Beynəlxalq Qərargah rəisi Yanuş Adamçak “tərəfdaşlığın gücləndirilməsi məsələlərini” müzakirə edib. Bosniya və Herseqovina Prezidenti Milorad Dodik hələ də Ukrayna “tərəfdaşlığının” nəticələrini neytral şəkildə müşahidə edir və heç də tələsmir. Şimali Atlantika alyansı yüksək texnologiyalı düşmənin pilotsuz hücumlarına həyəcanla hazırlaşır, PUA- lara qarşı mübarizə vasitələrinin inteqrasiyasını və taktikasını tətbiq edir. Tanınmayan Kosovoda çətin vəziyyət vaxtaşırı KFOR qüvvələrinin (NATO-nun himayəsi altında beynəlxalq missiya) iştirakı ilə baş verən atışmalara səbəb olur və buna baxmayaraq, Belqrad öz ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək niyyətindədir. Moskva “Kosovo Respublikası”nı tanımır. İki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi “bütün növ silahlı qüvvələr və qoşun növləri üzrə” daim artır. Buraya birbaşa tədarük, sənaye tərəfdaşlığı, əməkdaşlıq (Rusiya döyüş modulları Serbiya texnikasına quraşdırılıb) daxildir. Rusiya ilə hərbi-texniki əməkdaşlıq Serbiyaya son illərdə müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verib. Belqrad altı “Pantsir-S1” raket-top kompleksi, yeddi Mi-35 və Mi-17 helikopteri və 30 modernləşdirilmiş T-72MS tankı alıb. Rusiya Serbiyaya altı MiQ-29 qırıcısı və on BRDM-2MS zirehli transportyoru hədiyyə edib. 2020-ci ilin payızında “hərbi-texniki yardım və hərbi əməkdaşlıq məsələlərini dəstəkləmək və operativ həll etmək” üçün Belqradda Rusiya Müdafiə Nazirliyinin nümayəndəliyinin açılması haqqında saziş bağlanıb. ABŞ və NATO bu gün 1999-cu il nümunəsi ilə Belqradın ehtiyatsız bombardmanını təkrarlaya bilməz - Serbiya aviasiyası və artilleriyasının zərbələri altında minlərlə əsgəri itirmək ehtimalı çox yüksəkdir. Rusiya, Belarus, Çin və bir sıra digər ölkələrin dəstəyi süni Kosovo təlatümünü və kollektiv Qərbin yırtıcı instinktlərini kompensasiya etməyə imkan verir. Lakin Belqrad üçün 1990-cı illərə bənzər təhdidlər davam edir. Hələlik qərargahı Priştinada olan dörd minlik KFOR hərbi qrupu tərəfindən “sığortalanan” tanınmayan Kosovo proksi-ordusundan istifadə edilir. İngiltərə parlamentində sırağagün KFOR-un sayının artırılması təklif edilib. Bu yaxınlarda İtaliya Xarici İşlər Nazirliyi də Balkanlarda bu “NATO dəyənəyi”ni artırmağa hazır olduğunu bildirib. Lakin qeyri-hökumət təşkilatı olan “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsinin” rəhbəri Günter Fehlinger çərçivə daxilində qalmayıb və sentyabrın 24-də sadəcə olaraq alyansa “hazırda Belqradı bombalamağı” təklif edib. Sonsuz hərbi təxribatlar və münaqişələr ABŞ və NATO-nun sülhməramlı fəaliyyəti üçün standart formatdır. Belə hallarda Rusiyada deyirlər: "donqarı qəbir düzəldəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232938_169:0:2900:2048_1920x0_80_0_0_10a88ff648591e6f64f88995188dae99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, nato, sülhməramlı, fəaliyyət, ingiltərə, parlament, belqrad, sərgi, serbiya
rusiya, nato, sülhməramlı, fəaliyyət, ingiltərə, parlament, belqrad, sərgi, serbiya
Belqraddakı "Partner-2023" müdafiə sərgisinin Rusiya vurğusu
Sputnik-in hərbi icmalçısı qeyd edir ki, Belqraddakı sərgidə Rusiya Müdafiə Sənayesi tərəfindən təqdim olunan geniş çeşiddə silah və hərbi texnika RF silahlarının dünyada yüksək nüfuzunun və RF-nın Qərb tərəfindən “təcrid olunmasının” uğursuzluğuna yeni sübutdur.
Rusiya ilə Serbiya arasında hərbi-texniki əməkdaşlıq xüsusi bir tarixdir. Moskva ənənəvi olaraq Belqrada ölkənin suverenliyini möhkəmləndirməyə kömək edir. Sentyabrın 25-dən 28-dək Serbiyanın paytaxtında keçiriləcək sərginin açılış günündə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev vurğulayıb: “Qardaş xalqlarımızın əməkdaşlığı zamanla və bir çox xarici amillərlə sınaqdan keçirilmiş strateji xarakter daşıyır”. Hələ də çoxlu xarici təhdidlər var.
Dünən Serbiyada sentyabrın 24-də Kosovo və Metohiyada 4 nəfərin ölümü ilə əlaqədar matəm keçirilib. Serbiya vətəndaşları NATO qüvvələrinin (KFOR) tam razılığı ilə Kosovonun “polisi” tərəfindən öldürülüb.
Göründüyü kimi, Qərb “Yuqoslaviyanı bitirməyə”, Belqradı tamamilə özünə tabe etməyə çalışır, lakin Rusiya buna effektiv şəkildə mane olur. “Global Firepower”in dünya hərbi gücü reytinqində Serbiya il ərzində Belarus və Bolqarıstandan yuxarı qalxaraq 61-ci yerdən 58-ci yerə yüksəlib. Rusiya silahları NATO-nun xarici təzyiqi və marionet “Kosovo Respublikası”nın repressiv təcrübələri şəraitində suverenliyin qorunmasına kömək edir. Buna görə də “Partner-2023” silah sərgisi əhəmiyyətli maraq doğurur.
Serbiya dünya bazarında ən məşhur və tələbat olunan T-90S və T-90MS tanklarını, “Terminator” tankları dəstəkləyən döyüş maşınını, “Solntsepek” TOS-1A ağır alov atıcı sistemini, “Tornado-S” reaktiv yaylım atəş sistemini (RYAS), “Msta-S” modernləşdirilmiş özüyeriyən haubitsanı və artıq əfsanəvi “Kornet” tank əleyhinə idarəolunan raketi (TƏİR) təqdim edir.
Hərbi Hava Qüvvələrinin mütəxəssisləri Belqradda təqdim olunan Su-35, Su-30SME və MiQ-35 qırıcıları, Yak-130 döyüş təlim təyyarəsi və İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarələrinə böyük maraq göstərirlər.
Xüsusi hərbi əməliyyat (XHƏ) fonunda Ka-52E kəşfiyyat-hücum helikopteri, Mi-35M nəqliyyat-döyüş helikopteri və Mi-17 hərbi-nəqliyyat helikopteri, həmçinin “Orion-E”, “Orlan-10E” və “Orlan-30” PUA-ları xüsusi diqqəti cəlb edir.
Hərbi Dəniz Qüvvələrinin nümayəndələri BK-10, BK-16E sürətli desant və hücum katerlərinə biganə qalmayıblar.
Rusiyanın atıcı silahlarına böyük maraq var - Kalaşnikov AK-308 və AK-19 avtomatları, Kalaşnikov PPK-20 tapanca-pulemyotu, “Kord” 6P68 və 6P67 avtomatları Belqradda nümayiş etdirilir. Bundan əlavə, “Rosoboroneksport” sənaye tərəfdaşlığı və silahların birgə istehsalınının müxtəlif formatlarını təklif edir.
Yaxınlıqda - Bosniya və Herseqovinada bu yaxınlarda NATO-nun Beynəlxalq Qərargah rəisi Yanuş Adamçak “tərəfdaşlığın gücləndirilməsi məsələlərini” müzakirə edib.
Bosniya və Herseqovina Prezidenti Milorad Dodik hələ də Ukrayna “tərəfdaşlığının” nəticələrini neytral şəkildə müşahidə edir və heç də tələsmir.
Şimali Atlantika alyansı yüksək texnologiyalı düşmənin pilotsuz hücumlarına həyəcanla hazırlaşır, PUA- lara qarşı mübarizə vasitələrinin inteqrasiyasını və taktikasını tətbiq edir.
Tanınmayan Kosovoda çətin vəziyyət vaxtaşırı KFOR qüvvələrinin (NATO-nun himayəsi altında beynəlxalq missiya) iştirakı ilə baş verən atışmalara səbəb olur və buna baxmayaraq, Belqrad öz ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək niyyətindədir.
Serbiya, əsasən Rusiyanın hərbi-siyasi və hərbi-texniki dəstəyi sayəsində Vaşinqton və Brüsselin təzyiqlərinə tab gətirir.
Moskva “Kosovo Respublikası”nı tanımır.
İki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi “bütün növ silahlı qüvvələr və qoşun növləri üzrə” daim artır. Buraya birbaşa tədarük, sənaye tərəfdaşlığı, əməkdaşlıq (Rusiya döyüş modulları Serbiya texnikasına quraşdırılıb) daxildir.
Rusiya ilə hərbi-texniki əməkdaşlıq Serbiyaya son illərdə müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verib.
Belqrad altı “Pantsir-S1” raket-top kompleksi, yeddi Mi-35 və Mi-17 helikopteri və 30 modernləşdirilmiş T-72MS tankı alıb. Rusiya Serbiyaya altı MiQ-29 qırıcısı və on BRDM-2MS zirehli transportyoru hədiyyə edib. 2020-ci ilin payızında “hərbi-texniki yardım və hərbi əməkdaşlıq məsələlərini dəstəkləmək və operativ həll etmək” üçün Belqradda Rusiya Müdafiə Nazirliyinin nümayəndəliyinin açılması haqqında saziş bağlanıb.
Hərbi sahədə Rusiya-Serbiya yaxınlaşmasının yeni mərhələsi Rusiya Prezidenti Vladimir Putinin 2014-cü ildə Belqrada səfəri ilə açılıb. Beş il sonra, Serbiyanın paytaxtında Vladimir Putin Rusiyanın “bundan sonra da Serbiyanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə kömək etmək” niyyətini təsdiqləyib.
ABŞ və NATO bu gün 1999-cu il nümunəsi ilə Belqradın ehtiyatsız bombardmanını təkrarlaya bilməz - Serbiya aviasiyası və artilleriyasının zərbələri altında minlərlə əsgəri itirmək ehtimalı çox yüksəkdir.
Rusiya, Belarus, Çin və bir sıra digər ölkələrin dəstəyi süni Kosovo təlatümünü və kollektiv Qərbin yırtıcı instinktlərini kompensasiya etməyə imkan verir. Lakin Belqrad üçün 1990-cı illərə bənzər təhdidlər davam edir. Hələlik qərargahı Priştinada olan dörd minlik KFOR hərbi qrupu tərəfindən “sığortalanan” tanınmayan Kosovo proksi-ordusundan istifadə edilir.
İngiltərə parlamentində sırağagün KFOR-un sayının artırılması təklif edilib. Bu yaxınlarda İtaliya Xarici İşlər Nazirliyi də Balkanlarda bu “NATO dəyənəyi”ni artırmağa hazır olduğunu bildirib. Lakin qeyri-hökumət təşkilatı olan “NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsinin” rəhbəri Günter Fehlinger çərçivə daxilində qalmayıb və sentyabrın 24-də sadəcə olaraq alyansa “hazırda Belqradı bombalamağı” təklif edib.
Sonsuz hərbi təxribatlar və münaqişələr ABŞ və NATO-nun sülhməramlı fəaliyyəti üçün standart formatdır. Belə hallarda Rusiyada deyirlər: "donqarı qəbir düzəldəcək".