ELM

Azərbaycanda 2-ci dəfə Ümumdünya Kosmos Həftəsi keçiriləcək

© Photo : Azercosmos OJSCoAzərbaycan və Azərkosmos bayraqları
Azərbaycan və Azərkosmos bayraqları - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən başlayaraq hər il 4-10 oktyabrda keçirilir.
BAKI, 29 sentyabr — Sputnik. Oktyabrın 4-10-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") təşkilatçılığı ilə Azərbaycanda 2-ci dəfə Ümumdünya Kosmos Həftəsi ("World Space Week") keçiriləcək.
Bu barədə "Azərkosmos" məlumat yayıb.
Məlumata görə, gəncləri kosmik sahəyə həvəsləndirmək, maarifləndirmək, innovativ kosmik ekosistemi inkişaf etdirmək məqsədilə 20-dən çox tədbirin təşkil edilməsi planlaşdırılır.
Xatırladaq ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən başlayaraq hər il 4-10 oktyabrda keçirilir. 4 oktyabr (1957) Yerin ilk süni peyki "Sputnik-1"in orbitə çıxarıldığı gün, 10 oktyabr (1967) isə "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" müqavilənin imzalandığı tarixdir.
Builki Kosmos Həftəsi Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edəcək. Buna görə Bakı konqresinə gələn qonaqlar ölkədə təşkil olunacaq tədbirlərdə fəal iştirak edə biləcəklər. "Azərkosmos" bu məqsədlə Kosmik Fond, Ümumdünya Kosmos Həftəsi Assosiasiyası, İtaliya Kosmik Agentliyi, "Leanspace" şirkəti, həmçinin yerli qurumlar­– nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də universitetlərlə əməkdaşlıq edəcək.
Həftə ərzində Beynəlxalq Kosmik Stansiya ilə radioəlaqə, "Pitch Deck" master-klassı, panel müzakirələri, astronavtlar və kosmik sahə mütəxəssisləri ilə görüşlər təşkil olunacaq.
Builki Ümumdünya Kosmos Həftəsi "Kosmos və sahibkarlıq" mövzusuna həsr olunub.
Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildə qoşulub. Həftə çərçivəsində dünyanın əksər ölkələrində astronomiya və kosmos elminin təbliğinə dair müxtəlif tədbirlər keçirilir.
Xəbər lenti
0